--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

SOCAR və “CNOOC” əməkdaşlıq memorandumu imzalayıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 16:28 1040 baxış

Azərbaycan və Çin şirkətləri neft-qaz layihələrində tərəfdaşlığı genişləndirəcək

Elpress.az xəbər verir ki, SOCAR ilə Çinin Milli Dəniz Neft Korporasiyası (“CNOOC”) arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.Sentyabrın 1-də SOCAR-ın prezidenti Rövşən Nəcəf “CNOOC” şirkətinin sədri Canq Şanczyan ilə görüş keçirib. Görüş zamanı iki şirkət arasında gələcək tərəfdaşlığın əsas istiqamətləri müzakirə olunub.Tərəflər dənizdə neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, həmçinin neft emalı və neft-kimya sahələrində mümkün investisiya imkanlarını nəzərdən keçiriblər. Bundan əlavə, beynəlxalq ticarət, müasir texnologiyaların tətbiqi və əməliyyatların səmərəliliyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.İmzalanan sənədə əsasən, Azərbaycan və digər ölkələrdə birgə “upstream” layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın qurulması planlaşdırılır.Memorandum çərçivəsində neft-qaz sənayesində texniki xidmətlərin göstərilməsi, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, eləcə də əməliyyat və texniki dəstək sahələrində birgə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BDU-nun elmi göstəriciləri yüksəlib

Next Article

Ukraynanın Qara dəniz limanları blokadaya düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

bölgələrdə 20%-dək endirim

Aysel Əlibəyli 01 İyul 2026 · 12:10 1070 baxış Qeyri-sabit hava istirahət bazarını dəyişdi: turist azalması qiymətləri aşağı saldı Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti turizm sektoruna da təsir […]

“Azeri Light” neftinin qiymətində azalma qeydə alınıb

Elşən 20 May 2026 · 09:22 1152 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Elpress.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 bareli 0,86 ABŞ dolları və ya 0,7% ucuzlaşaraq 117,3 […]

Naxçıvan büdcəsinə vergi axını yüksəldi

Aysel Əlibəyli 09 İyun 2026 · 10:22 1152 baxış Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında artım müşahidə olunub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi […]