--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Aysel Əlibəyli 02 İyun 2026 · 13:43 1196 baxış

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may buraxılışını yayımlayıb.

Elpress.az Fed.az-a istinadən xəbər verirki Hesabata əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 1,1 milyard ABŞ dollarına çatıb.Dövr ərzində bir sıra məhsullar üzrə ixrac göstəricilərində nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, şəkər ixracı 4 dəfə, pambıq iplik ixracı 2,3 dəfə yüksəlib. Bitki və heyvan mənşəli piy və yağların ixracı 71 faiz, pambıq lifinin ixracı 49,9 faiz, meyvə-tərəvəz məhsullarının ixracı 22,1 faiz artıb. Eyni zamanda, alüminium və ondan hazırlanan məmulatların ixracında 32,2 faiz, çay ixracında 12,1 faiz, spirtli və spirtsiz içkilərin ixracında isə 9,4 faiz artım müşahidə olunub.Hesabat dövründə aqrar məhsulların ixrac dəyəri 298,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,3 faiz çoxdur. Aqrar-sənaye məhsullarının ixracı isə 31,6 faiz artaraq 119 milyon ABŞ dollarına yüksəlib. Nəticədə aqrar və aqrar-sənaye məhsullarının ümumi ixrac həcmi 417,3 milyon ABŞ dollarına çatıb.Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında qızıl 131,1 milyon ABŞ dolları ilə ilk sırada qərarlaşıb. Pambıq lifi 92,9 milyon ABŞ dolları ilə ikinci, mis filizləri isə 87,9 milyon ABŞ dolları ilə üçüncü olub.Təkcə aprel ayında da qızıl ixrac olunan qeyri-neft məhsulları arasında liderliyini qoruyub. Bu məhsul üzrə ixracın dəyəri 35,89 milyon ABŞ dolları olub. Pambıq lifi 35,83 milyon ABŞ dolları ilə ikinci, tomat isə 30 milyon ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.Ölkələr üzrə statistikaya görə, ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaş Rusiya olub. Bu ölkəyə 306,6 milyon ABŞ dolları dəyərində məhsul göndərilib. Türkiyəyə ixrac 219,2 milyon ABŞ dolları, Gürcüstana 175,8 milyon ABŞ dolları, İsveçrəyə 139,5 milyon ABŞ dolları, Ukraynaya isə 56 milyon ABŞ dolları təşkil edib.Aprel ayında isə Rusiyaya 94,9 milyon ABŞ dolları, Türkiyəyə 79,3 milyon ABŞ dolları, Gürcüstana 55,1 milyon ABŞ dolları, İsveçrəyə 36,1 milyon ABŞ dolları və Ukraynaya 13,5 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulu ixrac olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hindistan viza şərtlərini sərtləşdirdi

Next Article

Bilyard üzrə Avropa yarışları Bakıda keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ADY Çinlə yeni lokomotiv razılaşması imzalayıb

Aysel Əlibəyli 23 İyun 2026 · 14:12 1122 baxış Azərbaycan Dəmir Yolları (ADY) lokomotiv parkının yenilənməsi məqsədilə Çin Xalq Respublikasında yeni əməkdaşlıq addımları atıb. ADY nümayəndə heyəti səfər çərçivəsində CRRC Ziyang Co., Ltd şirkətinin rəhbərliyi […]

Mingəçevirdə yeni tekstil müəssisəsinin təməli qoyuldu

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 13:31 1090 baxış Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi çərçivəsində yaradılacaq istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Elpress.az xəbər verir ki, tədbir […]

ABŞ bankları süni intellekt agentlərinə məhdudiyyət qoyur

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 22:07 1058 baxış ABŞ-ın aparıcı maliyyə qurumları süni intellekt agentlərinin müştəri hesabları üzərindən icazəsiz əməliyyatlar aparması riskinə qarşı yeni təhlükəsizlik tədbirləri görür. Elpress.az xəbər verir ki, “Axios” portalının məlumatına […]

Azərbaycan neftinin qiyməti 94 dolları ötüb

Aysel Əlibəyli 19 Avqust 2026 · 09:30 1076 baxış Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Elpress.az xəbər verir ki, “Azeri Light”ın bir barelinin qiyməti 3,27 dollar və ya 3,58 faiz artaraq 94,58 […]