--:--:-- | 23 İyun 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ADY Çinlə yeni lokomotiv razılaşması imzalayıb

Aysel Əlibəyli 23 İyun 2026 · 14:12 12 baxış

Azərbaycan Dəmir Yolları (ADY) lokomotiv parkının yenilənməsi məqsədilə Çin Xalq Respublikasında yeni əməkdaşlıq addımları atıb.

ADY nümayəndə heyəti səfər çərçivəsində CRRC Ziyang Co., Ltd şirkətinin rəhbərliyi ilə görüş keçirib. Görüşdə həm yük, həm də sərnişin daşımaları üçün yeni lokomotivlərin alınması və texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.Məlumata görə, ötən il imzalanan müqaviləyə əsasən 7 ədəd yeni yük lokomotivinin sentyabr ayında Azərbaycana gətirilməsi planlaşdırılır. Bundan əlavə, növbəti mərhələdə daha 14 lokomotivin alınması ilə bağlı danışıqlar aparılır.Eyni zamanda tərəflər arasında 4 ədəd müasir magistral sərnişin lokomotivinin alınmasına dair yeni müqavilə də imzalanıb. Bu lokomotivlərin 2027-ci ildə ölkəyə gətirilməsi nəzərdə tutulur.Yeni texnikanın Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində yük və sərnişin daşımalarının daha sürətli, təhlükəsiz və səmərəli həyata keçirilməsinə imkan verəcəyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“ChatGPT” Messi azarkeşidir?

Next Article

Sabah sosial ödənişlər tam şəkildə həyata keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qiymətli və Sənaye Metalları Bahalaşır

Aysel Əlibəyli 15 İyun 2026 · 11:15 36 baxış Əmtəə Bazarlarında Son Vəziyyət: Qiymətli və Sənaye Metalları Bahalaşır Qlobal əmtəə bazarlarında həm qiymətli, həm də sənaye metallarının qiymətlərində kəskin yüksəliş dalğası müşahidə olunur. Bu artım […]

Azərbaycan nefti yenidən bahalaşıb

Aysel Əlibəyli 20 İyun 2026 · 10:58 24 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 faiz […]

20 Ballıq Cərimə Həddi Artırılır?

Aysel Əlibəyli 02 İyun 2026 · 11:11 86 baxış Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən edilmiş 20 ballıq limitə yenidən baxılması ehtimalı gündəmə gətirilib və bu məsələ müzakirə mərhələsindədir. Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hazırda […]