--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Kirayə yolu ilə əldə edilə bilən yeni mənzillər satışa təqdim olunur

Aysel Əlibəyli 29 İyul 2026 · 08:55 1106 baxış

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində paytaxtda daha 184 mənzili vətəndaşların istifadəsinə verəcək.

Elpress.az xəbər verir ki, yeni yaşayış sahələri Bakı şəhərinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində yerləşir. Mənzillər 1, 2 və 3 otaqlı olmaqla tam təmirli vəziyyətdə təqdim edilir. Aylıq kirayə ödənişləri isə 925 manatdan başlayır.

Məlumata görə, vətəndaşlar mənzillərin seçimini avqustun 4-ü saat 15:00-dan etibarən həyata keçirə biləcəklər. Müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş “Elektron ipoteka və kredit zəmanət” platforması üzərindən qəbul ediləcək.Şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya sistemi vasitəsilə aparılacaq.

Fonddan bildirilib ki, kirayə mexanizmi və müraciət qaydaları ilə bağlı ətraflı məlumatı rəsmi internet səhifəsi, sosial media resursları və “1549” Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rəqibini zədələyən futbolçuya görünməmiş cəza verildi

Next Article

Azərbaycanın sabiq səfiri Hacan Hacısoy vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AMB uçot dərəcəsini dəyişməyib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:44 1082 baxış Uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi isə 5 faiz müəyyən edilib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi və faiz dəhlizinin […]

Sabah sosial ödənişlər tam şəkildə həyata keçirilir

Aysel Əlibəyli 23 İyun 2026 · 15:26 1158 baxış Sabah ölkə üzrə bütün sosial yardımlar və müavinətlər vətəndaşlara tam həcmdə ödəniləcək. Aidiyyəti qurumlar tərəfindən ödənişlərin vaxtında və fasiləsiz şəkildə həyata keçirilməsi təmin olunacaq, benefisiarların hesablarına […]

Naxçıvan reyslərində gecikmələrin səbəbi açıqlandı – AZAL

Aysel Əlibəyli 13 İyun 2026 · 21:43 1130 baxış AZAL Naxçıvan istiqamətində bəzi reyslərdə dəyişiklik edildiyini açıqlayıb. AZAL mətbuat xidmətinin yaydığı məlumata əsasən, Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslər əlverişsiz və qeyri-sabit hava şəraiti səbəbindən […]

“Azeri Light” neftinin qiyməti yenidən ucuzlaşıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 09:59 1086 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində növbəti eniş qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 ABŞ […]