--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Rəqibini zədələyən futbolçuya görünməmiş cəza verildi

Aysel Əlibəyli 29 İyul 2026 · 08:48 1108 baxış

Braziliya futbolunda qəbul edilən yeni intizam qərarı idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Elpress.az xəbər verir ki, “İnternasional” klubunun müdafiəçisi Viktor Qabriel kobud oyuna görə qeyri-adi cəza alıb.Belə ki, futbolçu rəqib komandanın oyunçusu Qabriel Peki ağır zədələdiyi üçün yalnız qırmızı vərəqə ilə deyil, daha sərt qərarla üzləşib.

Braziliyanın Ali İdman Ədalət Məhkəməsinin İntizam Komitəsi qərara alıb ki, Viktor Qabriel zədələdiyi futbolçu tam sağalaraq yaşıl meydana qayıdana qədər heç bir rəsmi oyunda iştirak edə bilməyəcək.

Məlumata görə, insident zamanı Qabriel Pekin ayağında sınıq aşkarlanıb və o, əməliyyat olunub. Həkimlərin ilkin rəyinə əsasən, futbolçunun bərpa prosesi təxminən altı ay davam edəcək.Bu səbəbdən, Viktor Qabrielin də ən azı həmin müddət ərzində komandasının rəsmi qarşılaşmalarında forma geyinməsi mümkün olmayacaq.

Bu qərar son illərin futbol tarixində tətbiq olunan ən fərqli intizam tədbirlərindən biri kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının dörd əsas magistralında nəqliyyatın hərəkəti çətinləşib

Next Article

Kirayə yolu ilə əldə edilə bilən yeni mənzillər satışa təqdim olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Messidən tarixi gecə: İki rekord birdən qırıldı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:40 1176 baxış Lionel Messi dünya çempionatı tarixinə adını yenidən yazdırdı Elpress.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir yığmasına […]

“Sabah”dan ayrıldı, yeni klubunu seçdi

Aysel Əlibəyli 29 İyun 2026 · 18:41 1160 baxış Seymur Məmmədovun yeni ünvanı bəlli oldu: Gənc futbolçu I Liqa klubuna keçdi Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, I Liqa təmsilçisi “Şahdağ Qusar” yeni mövsüm üçün […]

“Borussiya Dortmund” futbolçuları Bakıda ayaq tennis oynayıb

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 16:21 1090 baxış Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçuları Bakıda qaldıqları hotelda ayaq tennis oynayaraq vaxt keçiriblər. Elpress.az xəbər verir ki, komandanın oyunçularının hotelda əyləncəli anları əks etdirən görüntülər sosial […]