--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İran Rəşt-Astara dəmir yolu üzrə razılaşmanı təsdiqləyəcək

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:47 1120 baxış

162 kilometrlik dəmir yolu layihəsinin Rusiya ilə birgə həyata keçirilməsi məsələsinə yaxın aylarda qərar veriləcək

Elpress.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılaşmanın təsdiqlənməsi gözlənilir.İranın yol və şəhərsalma nazirinin müavini Hoşəng Bazvənd bildirib ki, Rəşt-Astara marşrutu üzrə 162 kilometrlik ərazidə torpaqların alınması prosesi artıq başa çatıb.Onun sözlərinə görə, torpaqların alınması məsələsi Rusiya tərəfinin layihə ilə bağlı əsas narahatlıqlarından biri olub. Moskva bu proses başa çatdıqdan sonra layihənin icrasına başlanılacağını bildirib.Bazvənd qeyd edib ki, Rusiya layihə üzrə icra müqaviləsinin imzalanması üçün müvafiq razılaşmanın İran parlamenti və ya Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsini istəyib.Hazırda məsələ Ali Milli Təhlükəsizlik Şurasında təsdiq mərhələsindədir. Nazir müavininin sözlərinə görə, Şura yaxın bir neçə ay ərzində layihənin Rusiya ilə birgə həyata keçirilməsi, yaxud İran tərəfindən icra olunması ilə bağlı qərar qəbul edə bilər.İran tərəfinin əsas məqsədinin razılaşmanın təsdiqlənməsindən sonra Rusiya ilə birlikdə Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə başlamaq olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təliminə qatılmaq üçün Azərbaycana gəlib

Next Article

Peskov: Kreml Ukrayna üzrə üçtərəfli danışıqların bərpasına ümid edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sağlam qadın, sağlam gələcək: maarifləndirici görüş

Aysel Əlibəyli 09 İyun 2026 · 18:00 1176 baxış Azərlotereya” ASC-nin həyata keçirdiyi “Media klub” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Media klub” layihəsinin növbəti tədbiri bu dəfə […]

Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alındı

Aysel Əlibəyli 30 İyul 2026 · 12:06 1100 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Elpress.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin dəyəri əvvəlki ticarət sessiyası ilə müqayisədə 6,97 ABŞ […]

Cəbrayıl-Ağbənd elektrik xəttinin tikintisi yekunlaşır

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:52 1072 baxış Baba Rzayev: 74 kilometrlik 330 kV-luq xətt üzrə işlər son mərhələdədir Elpress.az xəbər verir ki, Cəbrayıl-Ağbənd istiqamətində 74 kilometr uzunluğunda 330 kV-luq iki dövrəli elektrik verilişi […]