--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1060 baxış

İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha da səmərəli təşkili, qarşıda duran mühüm vəzifələr, infrastruktur sahəsində həlli vacib məsələlər, eləcə də zonanın gələcək inkişaf strategiyası və perspektivləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, xidmət sektorunun iqtisadi artım prosesində rolu, bu sahənin inkişaf imkanları, müəyyən edilmiş prioritet istiqamətlər və təqdim olunan təkliflər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.İclas zamanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarovun gündəlikdə yer alan məsələlərlə bağlı təqdimatları dinlənilib. Təqdimatlarda Ələt Azad İqtisadi Zonasının inkişafının sürətləndirilməsi, iqtisadi potensialının artırılması və xidmət sektorunda yeni imkanların yaradılması ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov müzakirə olunan məsələlərə dair çıxış edərək öz rəy və təkliflərini səsləndiriblər. Görüş çərçivəsində təqdim olunan təkliflər ətrafında geniş müzakirələr aparılıb, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.İclasın sonunda İqtisadi Şura üzvlərinin mövqeləri, irəli sürdükləri təkliflər və tövsiyələr nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı aidiyyəti dövlət qurumlarına zəruri tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampdan Xarq adası açıqlaması: ABŞ ələ keçirməni dəstəkləməyəcək

Next Article

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Quş qripi və Nyukasl: vəziyyət sabitdir – AQTA

Aysel Əlibəyli 09 İyun 2026 · 18:18 1116 baxış Quş qripinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, eləcə də cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən […]

Türkiyə də buğda istehsalında tarixi rekord gözləntisi.

Aysel Əlibəyli 30 May 2026 · 19:20 1134 baxış Yağıntılı mövsüm Türkiyə də fermerlərinə rekord buğda məhsulu ümidi verib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə də son aylarda yağıntıların həcmi son 66 ilin ən […]

AZPROMO: İnvestorlar üçün etibarlı və sabit biznes mühiti əsas şərtdir

Aysel Əlibəyli 17 İyun 2026 · 13:20 1118 baxış Azərbaycan son illər iqtisadiyyatın şaxələndirilməsi və investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Əczaçılıq, tekstil, ağır və yüngül sənaye, maşınqayırma kimi prioritet sahələr üzrə ixtisaslaşmış sənaye […]

Sağlam qadın, sağlam gələcək: maarifləndirici görüş

Aysel Əlibəyli 09 İyun 2026 · 18:00 1102 baxış Azərlotereya” ASC-nin həyata keçirdiyi “Media klub” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Media klub” layihəsinin növbəti tədbiri bu dəfə […]