--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Eliud Emeri: iqlim dəyişikliklərinin təsirləri artıq dünyanın hər yerində aydın şəkildə hiss olunur.

Aysel Əlibəyli 19 May 2026 · 16:53 60 baxış

İqlim dəyişiklikləri və münaqişələr dünyanın müxtəlif bölgələrində insanların yaşayışına və iqtisadi inkişafa ciddi təsir edir. Bu baxımdan, yerli icmaların qərarvermə proseslərində aktiv iştirakı mühüm rol oynayır.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Keniyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən “Consortium of Grassroots” QHT Konsorsiumunun prezidenti və “TUBAE-International” təşəbbüsünün icraçı direktoru Eliud Emeri bu fikirləri “Davamlı və inklüziv şəhər planlaşdırılması: qlobal tərəfdaşlıqlar və QHT-lərin qərarvermə prosesinə təsiri” adlı panel müzakirəsində səsləndirib.O vurğulayıb ki, iqlim dəyişikliklərinin yaratdığı mənfi nəticələr artıq dünyanın müxtəlif bölgələrində açıq şəkildə hiss olunur. Emerinin sözlərinə görə, həm iqlim dəyişiklikləri, həm də münaqişələr iqtisadi inkişaf prosesinə və insanların yaşayış mənbələrinə ciddi təsir göstərir. O qeyd edib ki, dayanıqlı inkişafın təmin olunması üçün hökumətlərlə yanaşı, yerli icmaların da təşəbbüslərə əsaslanan yanaşmalara üstünlük verməsi mühüm əhəmiyyət daşıyır.İcraçı direktor əlavə edib ki, icmaların rifahı və davamlı inkişafı onların öz resurslarını necə idarə etməsi və qərarvermə proseslərində nə dərəcədə fəal iştirak etməsi ilə birbaşa bağlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Next Article

Mayra Mendoza: Latın Amerikasında şəhər sakinlərinin 30 faizdən artıq hissəsi uyğun olmayan mənzil şəraitində yaşayır.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan–Qırğızıstan iş birliyində yeni mərhələ

Aysel Əlibəyli 02 İyun 2026 · 11:45 120 baxış Azərbaycan–Qırğızıstan İşgüzar Şurasının tərkibinin formalaşdırılması iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da gücləndirilməsi, sahibkarlıq mühitinin inkişaf etdirilməsi və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm […]

Bu rüsumun məbləği müəyyən olunur.

Aysel Əlibəyli 26 May 2026 · 13:37 108 baxış Maliyyə icarəsi fəaliyyəti göstərmək istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə qeydiyyata alınması üçün tətbiq olunan dövlət rüsumunun məbləği müəyyən edilir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]