İqor Yakovenko: Xarici investorlar Azərbaycanda layihələrə maraq göstərirlər
Elpress.az xəbər verir ki, Azərbaycan yeni investisiya layihələrinin həyata keçirilməsi baxımından xarici investorların diqqətini cəlb edir.Bunu “Azel Systems” şirkətinin nümayəndəsi İqor Yakovenko II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib.Onun sözlərinə görə, forum yüksək səviyyədə təşkil olunub və tədbirdən təəssüratları müsbətdir. Yakovenko Prezident İlham Əliyevin forumdakı çıxışının Azərbaycan və regiondakı mövcud vəziyyətlə bağlı geniş məlumat verdiyini qeyd edib.Şirkət nümayəndəsi bildirib ki, forum çərçivəsində imzalanan investisiya layihələri ölkə iqtisadiyyatının inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər.O qeyd edib ki, tədbir zamanı Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən olan investorlarla görüşlər keçirib. Onun sözlərinə görə, həmin investorların əksəriyyəti Azərbaycanda yeni layihələrin həyata keçirilməsinə müsbət yanaşır və bu imkanları ciddi şəkildə nəzərdən keçirir.Yakovenko əlavə edib ki, beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqlərini təsdiqləməsi də ölkənin investisiya mühitinə təsir göstərən amillər sırasındadır.


