Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanında püskürmə baş verib.
Elpress.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, püskürmə zamanı vulkanın ətrafında alov müşahidə olunub.
Hadisə ilə bağlı yayılan görüntülərdə vulkanın üzərindən qara tüstünün yüksəldiyi və alovun göründüyü əks olunub.Püskürmənin səbəbləri və hadisənin ətraf ərazilərə hər hansı təsirinin olub-olmaması barədə əlavə məlumat verilməyib.


