--:--:-- | 26 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Otman Bozdağda 12-ci püskürmə baş verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:53 1014 baxış

Palçıq vulkanında güclü alovlanma müşahidə olunub

Elpress.az xəbər verir ki, Abşeron rayonu ərazisində yerləşən Otman Bozdağ palçıq vulkanında sentyabrın 26-da səhər saatlarında növbəti püskürmə qeydə alınıb. Bu, vulkanın müşahidə olunan 12-ci püskürməsidir.Yer elmləri üzrə elmlər doktoru, laboratoriya müdiri Orxan Abbasov bildirib ki, Otman Bozdağ dünyanın ən iri və aktiv palçıq vulkanlarından biri hesab olunur.Onun sözlərinə görə, vulkan son illərdə də aktivliyi ilə diqqət çəkib. Otman Bozdağ 2017, 2018 və 2025-ci illərdə püskürüb. Əvvəlki hadisələrdə olduğu kimi, son püskürmə də güclü alovlanma ilə müşayiət olunub. 2025-ci ildə baş verən püskürmə zamanı alov sütununun hündürlüyü təxminən 1000 metrə çatıb.Orxan Abbasov qeyd edib ki, Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu Azərbaycanda palçıq vulkanizmi üzrə fundamental tədqiqatlar aparan əsas elmi-tədqiqat müəssisəsidir.Alim bildirib ki, püskürmələrin ətraflı qiymətləndirilməsi məqsədilə hadisədən sonra əraziyə elmi ekspedisiya təşkil olunur. Hazırda vulkanın yeni püskürməsi səbəbindən ərazidə araşdırma aparmaq imkanları məhduddur. Müvafiq şərait yarandıqdan sonra mütəxəssislərin iştirakı ilə ekspedisiyanın keçirilməsi planlaşdırılır.Ekspedisiya zamanı püskürmənin əsas göstəriciləri, püskürmə nəticəsində yaranan materialların yayılma xüsusiyyətləri araşdırılacaq və hadisəyə elmi qiymət veriləcək. Tədqiqatların yekunlarına əsasən püskürmə ilə bağlı əlavə məlumatların təqdim olunacağı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bolqarıstanda Anım Günü qeyd olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Güclü külək qatarları gecikdirdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:16 1066 baxış Abşeronda güclü külək bəzi qatarların hərəkətində qısamüddətli gecikməyə səbəb olub Elpress.az xəbər verir ki, Abşeron yarımadasında müşahidə olunan güclü külək nəticəsində elektrik enerjisinin təchizatında yaranan kəsinti […]

Bakıda beynəlxalq məhkəmə təlimi keçirilib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:28 1060 baxış Bakıda Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində beynəlxalq məhkəmə təlim proqramı təşkil olunub. Elpress.az xəbər verir ki, Bakıda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçilərinin iştirakı […]

Çimərliyə yollananlar üçün hava proqnozu

Aysel Əlibəyli 25 İyul 2026 · 09:36 1066 baxış Abşeron yarımadasında istirahət etməyi planlaşdıranlar üçün çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gün ərzində çimərliklərdə şimal-şərq küləyi əsəcək, […]