--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Şamaxıda tənha analara dəstək layihəsi davam etdirilir

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:15 1070 baxış

Göylər kəndində sosial müəssisə qadınların məşğulluğuna və sahibkarlıq imkanlarına dəstək verir

Elpress.az xəbər verir ki, Şamaxının Göylər kəndində tənha anaların sosial və iqtisadi imkanlarının artırılmasına yönəlmiş “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi çərçivəsində yaradılan sosial müəssisənin fəaliyyəti davam edir.Layihə PAŞA Holding-in dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü əsasında həyata keçirilir.Layihə iştirakçıları Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub, daha sonra istehsal fəaliyyəti üçün zəruri avadanlıqlarla təmin ediliblər.Sosial müəssisənin əsas məqsədi tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısının alınması, onların sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluq imkanlarının yaradılmasıdır. Layihə həmçinin qadınların sosial həyata daha fəal qoşulmasına, iqtisadi təşəbbüslərinin inkişaf etdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə şərait yaradır.Bildirilib ki, 2026-cı ildə “Tənha anaların sosial inkişafına dəstək I” layihəsi çərçivəsində Şamaxıda fəaliyyət göstərən sosial tikiş müəssisəsində çalışanların sayı 10 nəfərdən 24 nəfərə çatdırılıb.Qadınların səlahiyyətləndirilməsi PAŞA Holding-in korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi qeyd olunur. Bu çərçivədə “AFAQ”, “Ana sahibkar” və “Women Bazaar” kimi müxtəlif layihələr də həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Özbəkistan vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

Next Article

İran müharibədə 4200 MVt elektrik gücü itirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda yeni vergi bəyannamələri təsdiqlənib

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:43 1064 baxış Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra bəyannamələrin forması yenilənib Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən bəzi vergi bəyannamələrinin yeni formaları və onların hazırlanması qaydaları […]

Gömrükdə silah-sursat və strateji mallar üçün yeni qaydalar

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:37 1072 baxış Prezidentin yeni Fərmanı: Silah-sursat, fövqəladə hal malları və xüsusi yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdirilir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə imzaladığı […]