--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bankın depozit portfelində 23 faizlik geriləmə

Aysel Əlibəyli 17 İyul 2026 · 17:48 1112 baxış

“Bank Respublika”nın depozitləri azalarkən kredit portfeli və mənfəəti artıb

Elpress.az xəbər verir ki , Bu ilin 1 iyul tarixinə “Bank Respublika”nın depozit portfeli 1,1 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,08 faiz azdır.Hesabat dövründə bank kredit faizlərindən 139,8 milyon manat gəlir əldə edib. Eyni zamanda, müştərilərin depozitləri üzrə faiz ödənişlərinə 23 milyon manat yönəldilib. Bank ilin ilk yarısını 34,5 milyon manat xalis mənfəətlə başa vurub.Depozit portfelində ən böyük azalma hüquqi şəxslərin vəsaitlərində qeydə alınıb. Şirkətlərin bankdakı depozitləri illik müqayisədə 38,09 faiz azalaraq 497,4 milyon manata düşüb. Fiziki şəxslərin depozitləri isə 3,8 faiz azalaraq 602,3 milyon manat təşkil edib.Hesabata əsasən, bankın ümumi öhdəlikləri 2,45 milyard manata, kapitalı isə 269,5 milyon manata çatıb. Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 2 dəfədən çox artaraq 1,24 milyard manata yüksəlib.Bankın ümumi aktivləri illik müqayisədə 2,2 faiz artaraq 2,72 milyard manata, kredit portfeli isə 11,5 faiz yüksələrək 1,7 milyard manata çatıb. Bununla yanaşı, vaxtı keçmiş kreditlərin məbləği 53,4 faiz artaraq 23,47 milyon manat olub.Bank mümkün kredit itkilərinin qarşılanması məqsədilə yaratdığı ehtiyatları da artıraraq 12 milyon manata çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə Ukraynanın hərbi-dəniz təhlükəsizliyinə rəhbərlik edəcək

Next Article

Qarpızla pendiri birlikdə yemək zərərlidirmi?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AZPROMO: İnvestorlar üçün etibarlı və sabit biznes mühiti əsas şərtdir

Aysel Əlibəyli 17 İyun 2026 · 13:20 1200 baxış Azərbaycan son illər iqtisadiyyatın şaxələndirilməsi və investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Əczaçılıq, tekstil, ağır və yüngül sənaye, maşınqayırma kimi prioritet sahələr üzrə ixtisaslaşmış sənaye […]

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:57 1060 baxış Ceyhun Bayramov: Azərbaycan regional layihə üzrə işləri sürətlə davam etdirir Elpress.az xəbər verir ki, Naxçıvanda dəmir yolu infrastrukturunun bərpası istiqamətində işlərə başlanılıb.Xarici işlər naziri Ceyhun Bayramov […]

Dünya birjalarında neftin qiymətində artım qeydə alınıb.

Aysel Əlibəyli 10 Avqust 2026 · 09:38 1076 baxış Elpress.az xəbər verir ki, Londonun ICE qitələrarası birjasında “Brent” markalı neftin 2026-cı ilin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti 0,39% artaraq 1 barel üçün 83,88 ABŞ dolları […]