--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Baltika” Azərbaycan bazarına qayıtdı: Bakıda qastronomik təqdimat keçirildi

Aysel Əlibəyli 01 İyul 2026 · 18:27 1096 baxış

Elpress.az xəbər verir ki, Rusiyanın aparıcı pivə istehsalçılarından olan “Baltika” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək istiqamətində növbəti addımını atıb. Şirkət iyunun 24-də Bakıda pivənin düzgün təqdimatı və müxtəlif yeməklərlə uyğunlaşdırılmasına həsr olunmuş xüsusi qastronomik tədbir təşkil edib.

Tədbirdə iştirakçılar “Baltika”nın pivə və alkoqolsuz məhsul çeşidləri ilə yaxından tanış olub, müxtəlif qəlyanaltılar, ət yeməkləri və desertlərlə pivənin uyğunlaşdırılması nəticəsində yaranan fərqli dad çalarlarını təcrübədən keçiriblər.

“Baltika” Pivə Şirkətinin İnkişaf və Effektivlik üzrə direktoru Vitali Şayxutdinov bildirib ki, şirkət pivə istehlakı mədəniyyətinin inkişafına xüsusi önəm verir:

“35 illik fəaliyyətimiz ərzində pivə istehsalı sahəsində zəngin təcrübə toplamışıq. İnanırıq ki, məsuliyyətli və ölçülü pivə istehlakı insanların qastronomik təcrübəsini daha da zənginləşdirə bilər. Bakıda bu mədəniyyətin inkişafına töhfə verməkdən məmnunuq”.

Şirkət Azərbaycanda məhsul çeşidini daha da genişləndirməyi planlaşdırır. Hazırda ölkəyə “Baltika” pivə xətti ilə yanaşı, “Kuler”, Blanche Bière və Old Bobby brendləri də ixrac edilir.

Qeyd edilib ki, 2024-cü ildən etibarən Rusiyada istehsal olunan “Baltika” məhsulları Azərbaycana rəsmi şəkildə tədarük olunur. Brendin ölkədə rəsmi idxalçısı və distribütoru olan “Azerish LTD” məhsulların bazardakı mövqeyinin möhkəmləndirilməsi, həmçinin pivə istehlakı mədəniyyətinin təşviqi istiqamətində fəaliyyət göstərir.

Şirkətin məlumatına görə, “Baltika” hazırda 8 pivə zavodu və 2 səməni istehsalı müəssisəsini idarə edir. Məhsul portfelinə 50-dən çox brend daxildir və şirkətin istehsalı beynəlxalq müsabiqələrdə 700-dən artıq mükafata layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səfər zamanı maraqlı anlar: Hafiz Paşayevlə nazir arasında dialoq

Next Article

Bakı və Ankara ədliyyə sahəsində əməkdaşlığı genişləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Akvakultura təsərrüfatları üçün dövlət rüsumu müəyyənləşib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:56 1070 baxış Qeydiyyat şəhadətnaməsinin verilməsi üçün 70 manat rüsum tutulacaq Elpress.az xəbər verir ki, Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin alınması üçün ödəniləcək dövlət rüsumunun məbləği müəyyən edilib.Yeni qaydaya əsasən, […]

İran neft satışından 7,5 milyard dollar gəlir əldə edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:31 1056 baxış Neft gəlirlərindən Mərkəzi Banka 7,5 milyard dollar vəsait köçürülüb Elpress.az xəbər verir ki, İran cari ilin ilk dörd ayı ərzində neft satışından 7,5 milyard ABŞ dolları […]

Azərbaycan neftinin qiyməti 104,2 dollara düşüb

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:05 1046 baxış “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 faiz ucuzlaşıb Elpress.az xəbər verir ki, Dünya bazarında Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.“Azeri Light” markalı neftin bir […]

Azərbaycan və Dünya Bankı əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:48 1038 baxış Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik […]