--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:45 1062 baxış

Forumun yekununda iki ölkə arasında enerji əməkdaşlığına dair protokol imzalanıb

Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib. Tədbir çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb və forumun yekunlarına dair protokol imzalanıb.Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.Forum çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin ötürülməsi və paylanması, enerji səmərəliliyi, bərpa olunan enerji, tənzimləmə və mədənçilik istiqamətləri üzrə altı İşçi Qrupunun iclasları keçirilib.Müzakirələr zamanı təbii qaz tədarükü, qaz infrastrukturu, rəqəmsallaşma, elektrik bazarının tənzimlənməsi, interkonnektor bağlantıları, enerji saxlancı, ağıllı sayğaclar və karbon tənzimləmə mexanizmləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.Tərəflər həmçinin yaşıl enerjinin ixracı, dənizdə külək enerjisi, bərpa olunan enerji layihələrinə investisiya və icazə prosedurları, günəş və külək enerjisinin şəbəkəyə inteqrasiyası, enerji səmərəliliyi və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.Enerji səmərəliliyi istiqamətində isə enerji auditləri, ESCO bazarının inkişafı, enerji menecerlərinin hazırlanması, binaların enerji pasportlaşdırılması, maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, emissiyaların hesablanması və proseslərin rəqəmsallaşdırılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.Azərbaycan-Türkiyə Enerji Forumunun ilk toplantısı 2021-ci ildə Bakıda keçirilib. Sonrakı forumlar İstanbul, Naxçıvan və İzmir şəhərlərində təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Next Article

Cəbrayıl-Ağbənd elektrik xəttinin tikintisi yekunlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına xüsusi önəm verilir

Aysel Əlibəyli 05 İyun 2026 · 10:26 1206 baxış Azərbaycanda rəqəmsal mühitin təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı dayanıqlı sistemin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu […]

İdxal-ixrac prosedurları tam elektron müstəviyə keçdi

Aysel Əlibəyli 07 İyun 2026 · 13:11 1187 baxış Rəqəmsallaşma qida təhlükəsizliyi sahəsində yeni dövrün əsasını qoyaraq, nəzarət və keyfiyyət proseslərini daha çevik, şəffaf və etibarlı mərhələyə daşıyıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı […]

Azərbaycanın xarici ticarət saldosu 5,2 dəfə artıb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:45 1052 baxış Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 33,2 milyard dolları ötüb Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 238,39 milyon ABŞ […]

Yaşa görə sosial müavinət alanların sayı açıqlanıb

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 12:06 1072 baxış Azərbaycanda ötən ay yaşa görə aylıq sosial müavinət alan şəxslərin sayı 179 mindən çox olub. Elpress.az xəbər verir ki, 2026-cı ilin sentyabr ayında yaşa görə aylıq […]