--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:23 1008 baxış

Kriptovalyuta bazarında əsas rəqəmsal aktivlərin bir hissəsi ucuzlaşıb

Elpress.az xəbər verir ki, Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində əsasən azalma qeydə alınıb.“Bitcoin”in dəyəri 24 saat ərzində 1,19 faiz azalaraq 79 662,81 dollara düşüb. “Ethereum” 1,93 faiz ucuzlaşaraq 2 453,75 dollar, “XRP” isə 2,74 faiz geriləyərək 1,40 dollar olub.Bəzi kriptovalyutalarda isə əksinə, artım müşahidə edilib. “BNB”nin qiyməti 0,50 faiz yüksələrək 724,45 dollara, “TRON” 1,14 faiz artaraq 0,3320 dollara çatıb. Ən yüksək artımlardan biri “Zcash”da qeydə alınıb. Onun qiyməti 6,74 faiz yüksələrək 1 015,60 dollar təşkil edib.Digər əsas kriptovalyutalardan “Solana” 1,37 faiz, “Hyperliquid” 2,04 faiz, “Dogecoin” isə 1,96 faiz ucuzlaşıb. Onların qiymətləri müvafiq olaraq 102,05 dollar, 84,05 dollar və 0,08498 dollar olub.Stabil kriptovalyutaların qiymətində isə nəzərəçarpacaq dəyişiklik baş verməyib. “Tether” 1 dollar, “USDC” isə 0,9998 dollar səviyyəsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyadan Ermənistana Azərbaycandan tranzit yüklər göndəriləcək

Next Article

Xark adasında tankerə raket zərbəsi endirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alındı

Aysel Əlibəyli 30 İyul 2026 · 12:06 1054 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Elpress.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin dəyəri əvvəlki ticarət sessiyası ilə müqayisədə 6,97 ABŞ […]

Azərbaycan–Çexiya əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 22 İyul 2026 · 18:31 1066 baxış Elpress.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurası sədrinin müavini Peter Singr ilə görüş keçirib. Görüş […]

Azərbaycanda sığorta agentinin lisenziyası ləğv edildi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:17 1048 baxış AMB-nin qərarı ilə sığorta agentinin fəaliyyət lisenziyası ləğv olunub Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Məmmədov Rizvan Qasım oğluna verilmiş […]

Toxumçuluq sahəsində yeni qaydalar qüvvəyə mindi

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:08 1032 baxış Azərbaycanda toxumçuluq sahəsində hüquqi tənzimləməni yeniləyən yeni qanun qüvvəyə minib. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Fərman […]