--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Yeni qayda ilə maaş sistemi: bu şəxslərə ödəniş dəyişir

Aysel Əlibəyli 06 İyun 2026 · 14:18 1156 baxış

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılmış maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı yeni qaydalar rəsmi şəkildə təsdiqlənib.

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Yeni təsdiqlənən qaydalara əsasən, Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində çalışan digər dövlət orqanlarının əməkdaşlarının mükafatlandırılması məqsədilə ayrılan vəsaitin istifadəsi, bölgüsü və ödəniş mexanizmi daha dəqiq və sistemli şəkildə tənzimlənəcək. Belə ki, “ASAN xidmət” mərkəzlərinə yönəldilən maliyyə vəsaiti hər ay Dövlət Agentliyi tərəfindən müvafiq mərkəzlərin xəzinə hesablarına köçürüləcək və bu vəsaitin bölüşdürülməsi növbəti ayın hesablanması əsasında həyata keçiriləcək.Vəsaitin əməkdaşlar arasında ədalətli bölgüsü isə aylıq əsasda aparılacaq və həm Dövlət Agentliyinin Aparatında, həm də “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər üçün ayrı-ayrılıqda müəyyən ediləcək. Bu proses Dövlət Agentliyinin Aparatında sədrin əmri, “ASAN xidmət” mərkəzlərində isə müvafiq mərkəz direktorunun əmri ilə təsdiqlənərək rəsmiləşdiriləcək.Yeni qaydalarda əmək məzuniyyəti dövründə mükafatlandırma mexanizmi də xüsusi olaraq tənzimlənir. Belə ki, Agentlik Aparatının əməkdaşı məzuniyyətdə olduğu müddətdə mükafatı həmin ay üzrə düşən məbləğin 50 faizi həcmində, “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlar isə 80 faizi həcmində alacaqlar. Digər dövlət orqanlarının əməkdaşları üçün isə mükafat məbləği “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə aparılan nəzarət və qiymətləndirmə qaydalarına uyğun olaraq müəyyən edilən aylıq yekun bal əsasında hesablanaraq ödəniləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın enerji rolu daha da güclənəcək

Next Article

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:22 1052 baxış “Azərpoçt” beynəlxalq poçt rəhbərlərini Bakıda bir araya gətirdi Elpress.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 14–17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Ümumdünya […]