--:--:-- | 02 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:11 1070 baxış

Regional inteqrasiya dövlətlərə daha güclü əməkdaşlıq quraraq gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.

Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar bölməsinin direktoru Bouseina Quermazi regional inteqrasiyanın ölkələrin iqtisadi və sosial inkişafında mühüm rol oynadığını bildirib.O, Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “IsDB regionlarında regional inteqrasiyanın hərəkətverici qüvvələri” adlı panel müzakirəsində çıxışı zamanı qeyd edib ki, regional inteqrasiya yalnız fiziki infrastrukturun və bazar əlaqələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Bu proses ölkələr arasında daha sıx əməkdaşlığın qurulmasına, yeni imkanların yaradılmasına və ortaq inkişaf strategiyalarının formalaşdırılmasına xidmət edir.Bouseina Quermazinin sözlərinə görə, ölkələr qonşularını seçə bilməsələr də, qarşılıqlı əməkdaşlıq vasitəsilə öz gələcəklərini müəyyənləşdirmək imkanına malikdirlər. Regional inteqrasiya məhz bu məqsədə çatmaq üçün mühüm vasitələrdən biridir.O bildirib ki, regional əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsidir. Xüsusilə dənizə çıxışı olmayan ölkələr üçün bu cür əlaqələrin inkişaf etdirilməsi onların beynəlxalq bazarlara çıxış imkanlarını artırır və iqtisadi imkanlarını genişləndirir.Dünya Bankının nümayəndəsi vurğulayıb ki, regional inteqrasiya ölkələrə daha əlverişli resurslara çıxış əldə etməyə, yeni iş yerlərinin yaranmasına və davamlı iqtisadi artımın təmin olunmasına şərait yaradır. Bununla yanaşı, bu proses yalnız infrastruktur layihələrindən ibarət deyil, həmçinin bazarların, xidmətlərin və insanların sərbəst hərəkət imkanlarının daha səmərəli şəkildə əlaqələndirilməsini nəzərdə tutur.Onun sözlərinə görə, iqlim dəyişiklikləri, pandemiyalar və digər qlobal problemlər tək bir ölkənin səyləri ilə tam həll edilə bilməz. Bu səbəbdən regional əməkdaşlıq və birgə fəaliyyət müasir dövrdə qarşıya çıxan transmilli çağırışların aradan qaldırılması üçün əsas amillərdən biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəbli forması məcburi olur: qaydalara əməl etməyənləri nə gözləyir?

Next Article

İlham Bayramov: Aqrar sektor üzrə yeni hədəflər müəyyənləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdamda ayaqqabı istehsalı genişlənir

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:30 1010 baxış Ağdam Sənaye Parkındakı fabrik xarici ölkələrə ayaqqabı ixrac edir Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş Ağdamda sənaye və istehsal sahələrinin inkişafı davam edir. Ağdam Sənaye […]

“Azeri Light” Nefti Ucuzlaşdı

Elşən 24 Aprel 2026 · 10:00 1067 baxış Qlobal bazarlarda “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, neftin bir bareli 1,09 ABŞ dolları və ya təxminən 1% […]

Ədliyyə Nazirliyində sahibkarlarla biznesin inkişafı müzakirə olunub.

Aysel Əlibəyli 25 May 2026 · 12:13 1087 baxış Ədliyyə Nazirliyində keçirilən görüşdə sahibkarlarla biznesin inkişafı və perspektiv istiqamətlər geniş şəkildə müzakirə edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlarla görüş […]