--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Hakerlər Berlin Senatının məxfi məlumatlarını darknetdə yayıb

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 21:16 1090 baxış

“Rhysida” qrupu kiberhücum zamanı 5,79 TB həcmində məlumat əldə edib və 2 milyon avro tələb edib

Elpress.az xəbər verir ki, “Rhysida” haker qrupu Berlin Senatının şəbəkələrinə həyata keçirdiyi kiberhücum nəticəsində əldə etdiyi məxfi məlumatların bir hissəsini darknetdə yayıb.Hakerlərin ümumilikdə 5,79 TB həcmində məlumat əldə etdiyi bildirilir. Sızdırılan materiallar arasında dronlarla bağlı yüzlərlə məxfi sənəd də yer alır.2025-ci ilin noyabrına aid sənədlərdən birində dronların istənilən vaxt təhlükəli əşyaları təhlükəsizlik zonasına çatdıra biləcəyi qeyd olunur. Digər məlumatlara əsasən, 2025-ci ilin yayında Berlin hava limanı ətrafında 30 kilometr radiusda 19 gün ərzində 2093 dron uçuşu qeydə alınıb.Haker qrupu Berlin rəhbərliyindən 2 milyon avro tələb edib və tələb yerinə yetirilmədiyi təqdirdə məlumatları yayacağı ilə hədələyib.Kiberhücum avqustun 14-də aşkarlanıb. Bundan sonra iki qurum təhlükəsizlik məqsədilə şəhər şəbəkəsindən müvəqqəti ayrılıb.Berlin meri Kay Vegner isə şəhər rəhbərliyinin hakerlərin şantajına boyun əyməyəcəyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səudiyyə Ərəbistanı: Körfəz ölkələrinin hədəfə alınmasına yol verilməyəcək

Next Article

Diqqət! Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə 12 yaşlı qızı bacısı öldürüb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:28 1112 baxış Şəmkirdə 12 yaşlı qızın qətli ilə bağlı saxlanılan şəxsin onun 16 yaşlı bacısı olduğu müəyyən edilib. Elpress.az xəbər verir ki, Şəmkir rayonunda 12 yaşlı qızın ölümü […]

Lerikdə zəlzələ qeydə alındı

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 11:57 1090 baxış Lerik rayonunda yeraltı təkanlar qeydə alınıb. Elpress.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 11:14-də baş verib.Yeraltı təkanlar Lerik seysmik […]

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:12 1182 baxış “Qırmızı Körpü” postunda yük avtomobilindən yüzlərlə dərman vasitəsi çıxıb Elpress.az xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarəti zamanı bəyan edilmədən ölkəyə keçirilməsinə cəhd göstərilən […]

Binanın önündə meyit aşkarlanıb.

Aysel Əlibəyli 23 May 2026 · 22:41 1178 baxış Gəncədə yaşayış binalarından birinin qarşısında meyit aşkarlanıb. Elpress.az-ın Qafqazinfo- ya istinadən verilən məlumata görə, hadisə şəhərin Ş.İ.Xətai prospektində baş verib.1981-ci il təvəllüdlü Azər Cəfərovun meyiti binanın […]