--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“AzərGold” Qurban bayramı ilə əlaqədar Daşkəsən, Göygöl və Naxçıvanda sosial dəstək aksiyaları həyata keçirib.

Aysel Əlibəyli 27 May 2026 · 14:20 1164 baxış

“AzerGold” QSC müqəddəs Qurban bayramı münasibətilə növbəti genişmiqyaslı sosial yardım aksiyasını həyata keçirib. Şirkətin fəaliyyət göstərdiyi əraziləri əhatə edən təşəbbüs çərçivəsində Daşkəsən və Göygöl rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan təxminən 500 ailəyə bayram sovqatları çatdırılıb.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, sosial yardım kampaniyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərini, eləcə də Daşkəsən rayonunda yaşayan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrini, müharibə iştirakçılarını və sosial dəstəyə ehtiyacı olan ailələri əhatə edib.Qurban bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri ilə birlikdə ailələrə baş çəkib, “AzerGold” QSC kollektivi adından səmimi bayram təbriklərini çatdırıb, müxtəlif növ zəruri ərzaq məhsullarından ibarət sovqatlar və qurban paylarını təqdim ediblər.Qeyd edək ki, “AzerGold” QSC tərəfindən mütəmadi olaraq müxtəlif sosialyönümlü layihələr, humanitar aksiyalar və icma dəstəyi proqramları icra olunur. Bu təşəbbüslər regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlk nüvə mühərrikli sualtı qayıqlarını inşa etməyə hazırlaşırlar.

Next Article

Faracın partiyası Britaniya siyasətini silkələyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mərkəzi Bank uçot faiz dərəcəsini dəyişmədi

Aysel Əlibəyli 31 İyul 2026 · 10:15 1074 baxış Azərbaycan Mərkəzi Bankı növbəti pul siyasəti qərarını açıqlayıb və uçot faiz dərəcəsini əvvəlki səviyyədə saxlamaq qərarına gəlib. Elpress.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarına […]

Prezidentdən Auditorlar Palatasının əməkdaşlarına təltif

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:10 1094 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri və əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin […]

Regional Su Meliorasiya QSC-yə yeni rəhbər təyin olundu

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:23 1068 baxış Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru vəzifəsinə Elçin Məmmədov gətirilib. Elpress.az xəbər verir ki, bu barədə cəmiyyətin Mətbuat Xidməti məlumat yayıb. Təyinat qurumun Müşahidə […]

Ezamiyyət qaydalarında dəyişiklik edildi

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 14:40 1080 baxış Elpress.az xəbər verir ki, Maliyyə Nazirliyinin Kollegiyası işçilərin ezamiyyətə göndərilməsi ilə bağlı mövcud qaydalara dəyişiklik edib. Yenilik 2012-ci il yanvarın 18-də təsdiqlənmiş **“İşçilərin Ezamiyyə Qaydaları”**na şamil […]