--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanın regionlarında turizm üçün geniş imkanlar var

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 13:22 1084 baxış

Anna Soave: Tarixi və təbii məkanlar yeni investisiya imkanları yaradır

Elpress.az xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarında turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Ölkənin tarixi şəhərləri, yaşayış məntəqələri, mədəni landşaftları, meşələri və dağlıq əraziləri turizm və investisiya baxımından əhəmiyyətli potensiala malikdir.Bunu UN-Habitat-ın Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.Onun sözlərinə görə, turizmin inkişafı yalnız artıq tanınmış istiqamətlərlə məhdudlaşdırılmamalı, digər şəhər və regionların da turizm imkanlarından daha geniş istifadə edilməlidir. Azərbaycanın zəngin multikultural irsi də bu sahənin inkişafı üçün əlavə imkanlar yaradır.Anna Soave qeyd edib ki, infrastrukturun inkişaf etdirilməsi regionların əlçatanlığını artırmaqla yanaşı, yeni investisiya layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bununla yanaşı, düzgün şəhərsalma və ərazi planlaşdırılması tikintinin hansı ərazilərdə və hansı miqyasda aparılmasının, eləcə də qorunmalı məkanların müəyyən edilməsinin vacib şərtidir.UN-Habitat rəsmisi vurğulayıb ki, turizm layihələrinin əsas məqsədlərindən biri yerli əhalinin və icmaların da bu inkişafdan faydalanmasını təmin etmək olmalıdır. Məkanların yalnız turistlər üçün nəzərdə tutulması qısamüddətli gəlir gətirsə də, uzunmüddətli perspektivdə həmin ərazilərin dəyərinə mənfi təsir göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dövlət vəsaitləri özəl sektorun inkişafına yönəldiləcək

Next Article

Mingəçevirdə yeni tekstil müəssisəsinin təməli qoyuldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:45 1076 baxış Forumun yekununda iki ölkə arasında enerji əməkdaşlığına dair protokol imzalanıb Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib. Tədbir çərçivəsində iki ölkə arasında enerji […]

İdxal-ixrac prosedurları tam elektron müstəviyə keçdi

Aysel Əlibəyli 07 İyun 2026 · 13:11 1199 baxış Rəqəmsallaşma qida təhlükəsizliyi sahəsində yeni dövrün əsasını qoyaraq, nəzarət və keyfiyyət proseslərini daha çevik, şəffaf və etibarlı mərhələyə daşıyıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı […]

Hövsanda sürətli qatar layihəsi üçün söküntü işləri başladı

Aysel Əlibəyli 25 İyun 2026 · 16:36 1154 baxış Sürətli qatar xətti üçün Hövsanda hazırlıq mərhələsi: yaşayış evlərinin söküntüsünə başlanılıb, sakinlərə kompensasiya ödənilir Hövsan qəsəbəsində sürətli qatar layihəsinin icrası ilə əlaqədar dəmir yolu xəttinin yaxınlığında […]

2030-a qədər yeni meyvə bağları salınacaq

Aysel Əlibəyli 20 İyun 2026 · 19:12 1136 baxış Kənd Təsərrüfatı Nazirliyi 2030-cu ilə qədər intensiv meyvə bağlarının genişləndirilməsini planlaşdırır. 2030-cu ilədək Azərbaycanda yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Bu barədə kənd təsərrüfatı nazirinin […]