Ölkədə uçotda olan vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb
Elpress.az xəbər verir ki, Azərbaycanda uçotda olan vergi ödəyicilərinin sayında artım qeydə alınıb.Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2026-cı il avqustun 1-nə ölkə üzrə 1 milyon 715 min 746 vergi ödəyicisi uçotda olub. Onların 86,7 faizini fiziki şəxslər, 13,3 faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.Ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz yüksəlib. Bu müddətdə fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı isə 5,9 faiz artıb.



