--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Aİ Orta Dəhlizə 12 milyard avroyadək investisiya cəlb edəcək

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 14:57 1056 baxış

Aİ marşrut üzrə ticarət axınlarını üç dəfə artırmağı planlaşdırır

Elpress.az xəbər verir ki, Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirən Orta Dəhlizin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır.Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində Aİ-nin vəziyyəti ilə bağlı çıxışı zamanı bildirib.Onun sözlərinə görə, Aİ layihəyə dövlət və özəl investisiyaların cəlb edilməsi üçün “Global Gateway” təşəbbüsündən istifadə edəcək.Ursula fon der Lyayen qeyd edib ki, məqsəd marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilədək yüklərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır.Aİ lideri həmçinin bağlantı məsələlərinə həsr olunmuş regional sammit keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, sammit Orta Dəhliz layihəsinin praktiki reallaşdırılmasına yönələcək.Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçməklə Avropa ilə Asiya arasında yükdaşımaları təmin edən marşrutlardan biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq

Next Article

Etilen-Polietilen zavodunda gələn il sahə işlərinə başlanılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AZAL-ın uçuş sayı üç ildə iki dəfəyə yaxın artıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:56 1042 baxış AZAL 2025-ci ildə 35 mindən çox uçuş həyata keçirib Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) illik uçuşlarının sayı son üç ildə əhəmiyyətli artım […]

Gürcüstan rəsmisi: Üçtərəfli görüş mühüm əhəmiyyət daşıyır

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:16 1050 baxış Mamuka Barataşvili Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb Elpress.az xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük sahəsində əməkdaşlığın inkişafına həsr olunan üçtərəfli […]

AMB-də yeni baş direktor təyin edildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:19 1054 baxış Azərbaycan Mərkəzi Bankında yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Məlağırov qurumun baş direktoru vəzifəsinə təyin olunub. Bununla […]