--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Zambiyalı futbolçu toyundan sonra itkin düşüb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:18 1090 baxış

“Leççe”nin futbolçusu Lamek Banda iki həftədir əlaqə saxlamır

Elpress.az xəbər verir ki, İtaliyanın “Leççe” klubunda çıxış edən zambiyalı futbolçu Lamek Banda ilə bağlı narahatlıq yaranıb.25 yaşlı hücumçu Zambiyada toy mərasimindən sonra klubun Avstriyada keçirilən mövsümöncəsi hazırlıq toplanışına qoşulmayıb. Məlumata görə, Banda artıq iki həftədir nə klub rəhbərliyi, nə də agenti ilə əlaqə saxlayır.Futbolçunun əvvəlcə sənədlərlə bağlı problem yaşadığı bildirilsə də, sonradan onun telefon zənglərinə cavab vermədiyi qeyd olunur. Hazırda Bandanın harada olduğu məlum deyil.Lamek Banda karyerasının əvvəlki mərhələsində Tulanın “Arsenal” klubunda da çıxış edib. O, 2019/20 mövsümündə Rusiya təmsilçisinin heyətində 13 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.2022-ci ildə “Leççe”yə keçən Banda İtaliya klubunun heyətində 109 matç keçirib, 9 qol vurub və 12 məhsuldar ötürmə edib. O, eyni zamanda Zambiya milli komandasının üzvüdür və yığmanın heyətində 22 oyunda 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Goradildə dənizdə batmaq təhlükəsi yaşayan şəxs xilas edilib

Next Article

Doktorantura üzrə 3 yeni ixtisas yaradılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Millimiz Çexiyanı məğlub edib yarımfinala adlayıb

Aysel Əlibəyli 03 İyun 2026 · 01:08 1188 baxış Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında yarımfinala vəsiqə əldə edib. Elpress.az “Report”a istinadən xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda […]

“Dinamo”nun baş məşqçisi istefaya göndərildi

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 16:04 1078 baxış Kiyevin “Dinamo” klubunda baş məşqçi dəyişikliyi baş verib. İqor Kostyuk tutduğu vəzifədən azad olunub. Elpress.az xəbər verir ki, qərar Ukrayna çempionatının IX turunda “Polissya”ya 1:3 hesablı […]

Rəşad Rəsullu Hidayətin çəki probleminə aydınlıq gətirdi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:41 1106 baxış Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovun çəki problemi və sosial media paylaşımı ilə bağlı danışıb Elpress.az xəbər verir ki , Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu […]