--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Rəşad Rəsullu Hidayətin çəki probleminə aydınlıq gətirdi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:41 1084 baxış

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovun çəki problemi və sosial media paylaşımı ilə bağlı danışıb

Elpress.az xəbər verir ki , Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu olimpiya çempionu Hidayət Heydərovun son vaxtlar gündəmə gələn çəki problemi və sosial şəbəkə paylaşımı ilə bağlı açıqlama verib.Rəsullu bildirib ki, federasiya üçün nizam-intizam əsas prinsiplərdən biridir və bu qaydalar həm idmançılara, həm də qurumun bütün əməkdaşlarına şamil olunur. Onun sözlərinə görə, Hidayət Heydərov iki dəfə yarış öncəsi çəkisini tənzimləyə bilmədiyi üçün hər iki halda müvafiq qaydada cəzalandırılıb.İcraçı vitse-prezident qeyd edib ki, baş verən hadisələrin səbəbləri federasiya tərəfindən araşdırılıb, lakin bu barədə ictimaiyyətə ətraflı məlumat vermək istəmədiklərini bildirib. Bununla yanaşı, o vurğulayıb ki, Hidayət Heydərovun gələcəkdə yenidən olimpiya və dünya çempionu olmaq üçün kifayət qədər böyük potensialı var.Rəşad Rəsullu idmançının Instagram hesabında etdiyi müzakirələrə səbəb olan paylaşıma da münasibət bildirib. O deyib ki, belə paylaşım edilməməli idi, lakin idmançının tez-tez təhqirlərə məruz qalmasının da nəzərə alınmalı olduğunu vurğulayıb. Federasiya rəsmisi əlavə edib ki, gələcəkdə Hidayət Heydərovdan daha peşəkar davranış sərgiləməsi tələb olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türk politoloqdan Türkiyə–Azərbaycan əlaqələrinə yüksək qiymət

Next Article

Ucarda fərdi ev alovlara təslim oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Aysel Əlibəyli 20 İyul 2026 · 16:59 1086 baxış “Qarabağ” Kiyev “Dinamo”su ilə qarşılaşa bilər Elpress.az xəbər verir ki, “Qarabağ”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.Məlumata görə, Ağdam təmsilçisi Avropa Liqasının 2-ci […]

Azərbaycan millisinin 30 futbolçudan ibarət heyəti açıqlanıb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:27 1100 baxış Yığma qarşıdakı oyunlarda Tacikistan, Litva və Lixtenşteynlə qarşılaşacaq Elpress.az xəbər verir ki, Azərbaycan milli komandasının qarşıdakı oyunları üçün heyəti müəyyənləşib. Baş məşqçi 30 futbolçunu siyahıya daxil […]

Messi və Ronaldo dünya çempionatı ilə vidalaşdı

Aysel Əlibəyli 20 İyul 2026 · 17:15 1164 baxış Messi və Ronaldo mundial karyeralarını emosional şəkildə başa vurdu Elpress.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatı futbol tarixinin ən yaddaqalan anlarından birinə şahidlik edib.Lionel Messi […]