--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Fərid Qayıbov: Çimərlik polosu yarışı uğurla təşkil olundu

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:31 1130 baxış

Nazir bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq turnirdə milli komandamız qalib gəlib

Elpress.az xəbər verir ki, Bakıda ilk dəfə keçirilən çimərlik polosu üzrə beynəlxalq turnir başa çatıb.Gənclər və idman naziri Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, turnirin Azərbaycanda bu idman növü üzrə keçirilən ilk beynəlxalq yarış olduğunu və tədbirin uğurla baş tutduğunu qeyd edib.Nazirin sözlərinə görə, Atçılıq Federasiyası paytaxtda yeni beynəlxalq yarışların keçirilməsi istiqamətində aktiv fəaliyyət göstərir. O, növbəti il də Bakıda yeni turnirlərin və müxtəlif tədbirlərin təşkil olunacağını vurğulayıb.Fərid Qayıbov milli komandanın turnirdə qalib gəlməsini xüsusi qeyd edib. O bildirib ki, Azərbaycan komandası daha əvvəl Sankt-Moritsdə keçirilən yarışlarda da uğurlu nəticələr göstərərək qızıl medallar qazanıb.Nazir komandanı əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pezeşkian: Trampın bəyanatları ziddiyyətlidir

Next Article

Səudiyyə Ərəbistanı: Körfəz ölkələrinin hədəfə alınmasına yol verilməyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:30 1199 baxış I Liqa təmsilçisi “Səbail” yeni mövsüm hazırlıqları çərçivəsində heyətində dəyişiklik edib. Klub daha bir futbolçu ilə anlaşaraq komandanın oyun imkanlarını artırmaq qərarına gəlib. Elpress.az-ın Apasport.az-a istinadən […]

Türkiyədə iki futbol hakimi həbs edildi

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 20:47 1120 baxış Türkiyədə hakimlərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan iki futbol hakimi barəsində həbs qərarı çıxarılıb. Elpress.az xəbər verir ki, Super Liqa hakimi Yasin Kol və köməkçi hakim […]

İlham Əliyev FIFA prezidentini qəbul edib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 13:15 1118 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonu qəbul edib. Görüş zamanı Azərbaycan ilə FIFA arasında əməkdaşlıq, ölkədə futbolun inkişafı […]

“Liverpul” 17 ildən sonra titul sponsorunu dəyişir

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 17:13 1080 baxış Klub 2027/28 mövsümündən formalarında “Turkish Airlines” loqosundan istifadə edəcək Elpress.az xəbər verir ki, “Liverpul” klubu 2027/28 mövsümündən etibarən titul sponsorluğunda dəyişikliyə gedəcək. Yeni razılaşmaya əsasən, kişi […]