--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Sabah” Çempionlar Liqasında qələbə ilə başladı

Aysel Əlibəyli 21 İyul 2026 · 22:58 1068 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “KuPS” klubunu minimal hesabla məğlub edib.

Bakıda keçirilən qarşılaşmada yeganə qolu ilk hissəyə əlavə olunmuş vaxtda Velko Simiç vurub. Bu qol “Sabah”a 1:0 hesablı qələbə qazandırıb. Beləliklə, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda cavab oyunu öncəsi üstünlük əldə edib.

Qeyd edək ki, “Sabah” – “KuPS” cütünün cavab qarşılaşması iyulun 28-də Finlandiyada keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Berfu Yenenler körpəsini itirdi

Next Article

Naftalanda şəhid ailələri və qazilər üçün reabilitasiya proqramı davam edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli komandamız finalda! 🏆

Aysel Əlibəyli 12 İyun 2026 · 19:35 1120 baxış Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının yarımfinalında Azərbaycan və Uruqvay milli komandaları üz-üzə gəlib. 🐎🇦🇿 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Böyük maraqla izlənilən yarımfinal […]