--:--:-- | 01 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan cüdosunda növbəti uğur: Avropa Açıq Turnirində 3 medal

Aysel Əlibəyli 28 İyun 2026 · 15:18 1165 baxış

Elpress.az Apasport.az-a istinadən xəbər verir ki, Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Milli komandamız turnirin ilk gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

-66 kq çəki dərəcəsində tatami üzərinə çıxan Elşən Əsədov bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb. Həmin çəkidə mübarizə aparan digər təmsilçimiz Rəşad Yelkiyev isə finala qədər irəliləyərək gümüş medala sahib çıxıb.

-73 kq çəki dərəcəsində çıxış edən Kamran Süleymanov isə üçüncü yer uğrunda görüşdə qalib gələrək bürünc medala yiyələnib.

Əldə olunan nəticələr sayəsində Azərbaycan yığması 38 ölkənin iştirak etdiyi yarışda komanda hesabında ikinci pilləyə yüksəlib. Milli komandanın turnirin növbəti günlərində də medal sayını artıracağına ümid edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Next Article

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İtaliya futbolunun əfsanəsi vəfat etdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:46 1056 baxış “Milan” və İtaliya millisinin sabiq müdafiəçisi Franko Barezi 66 yaşında dünyasını dəyişib Elpress.az xəbər verir ki, İtaliya futbolunun tanınmış simalarından biri, “Milan” klubunun və milli komandanın […]

Azərbaycan qadın şahmatçılarından Çexiya üzərində parlaq qələbə

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 23:01 1046 baxış Azərbaycanın qadın şahmatçılarından ibarət milli komandası Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qarşılaşmasını qələbə ilə başa vurub. Elpress.az xəbər verir ki, millimiz IX […]

“Əl Nəsr” ulduzu fərqli liqalarda kubok hədəfində

Elşən 22 May 2026 · 08:19 1100 baxış Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduz futbolçusu Cristiano Ronaldo yenidən dünya futbol gündəmini zəbt edib. Sosial şəbəkələrdə yayılan yeni görüntüdə portuqaliyalı hücumçu müxtəlif ölkə çempionatlarının kubokları ilə […]

“Qarabağ” – “Dinamo” Kiyev oyunlarının hakimləri açıqlandı

Aysel Əlibəyli 01 Avqust 2026 · 09:51 1066 baxış UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşmalarını idarə edəcək hakimlər briqadası müəyyənləşib. Elpress.az xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində […]