--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Qarabağ” braziliyalı yarımmüdafiəçini heyətinə qatıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:40 1030 baxış

Ağdam klubu Dieqo Rosanı APOEL-dən birillik icarə əsasında transfer edib

Elpress.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.Ağdam təmsilçisi Kiprin APOEL klubu ilə braziliyalı yarımmüdafiəçi Dieqo Rosanın transferi ilə bağlı razılığa gəlib. 23 yaşlı futbolçu bir mövsümlük icarə əsasında “Qarabağ”ın formasını geyinəcək.Razılaşmaya əsasən, icarə müddəti başa çatdıqdan sonra Azərbaycan klubu Rosanın transfer hüquqlarını almaq imkanına sahib olacaq.Karyerasına Braziliyanın “Qremio” klubunda başlayan Rosa 2021-ci ildə İngiltərənin “Mançester Siti” komandasına transfer olunub. Daha sonra futbolçu Belçikanın “Lommel”, Portuqaliyanın “Vizela”, həmçinin Braziliyanın “Bahia” və “İnter” klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.Braziliyalı yarımmüdafiəçi ölkəsinin U-16 və U-17 milli komandalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zaporojye AES-də yanacaq ehtiyatı ilə bağlı xəbərdarlıq

Next Article

Sabah yağışlı hava gözlənilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Goal” dünya çempionatlarının ən yaxşı 10 futbolçusunu açıqladı

Aysel Əlibəyli 21 İyun 2026 · 19:42 1144 baxış “Goal” portalı dünya çempionatları tarixinin ən güclü futbolçularının reytinqini təqdim edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Nüfuzlu “Goal” portalı dünya çempionatları tarixinin ən yaxşı 10 […]

“Valensiya” azarkeşləri etiraz aksiyası keçirib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:37 1024 baxış “Barselona”ya 0:5 hesabı ilə məğlubiyyətdən sonra azarkeşlər klub rəhbərliyinə və futbolçulara etiraz ediblər Elpress.az xəbər verir ki, İspaniyanın “Valensiya” klubunun azarkeşləri komandanın “Barselona”ya ağır məğlubiyyətindən sonra […]

Yeton Bekiri “Qəbələ”nin baş məşqçisi təyin olunub

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:03 1042 baxış Şimali makedoniyalı mütəxəssislə 1+2 illik müqavilə imzalanıb Elpress.az xəbər verir ki, “Qəbələ” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Şimali makedoniyalı mütəxəssis Yeton Bekiri komandanın baş məşqçisi […]