--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İssık-Kul gölündə “Formula 1” təhlükəsiz sayıldı – ekoloji ekspertiza nəticəsi açıqlanıb

Aysel Əlibəyli 16 İyun 2026 · 19:34 1176 baxış

Qırğızıstanda İssık-Kul gölünün akvatoriyasında keçiriləcək UIM F1H2O (suda Formula 1) dünya çempionatının ətraf mühitə təsirləri üzrə aparılan əlavə ekoloji qiymətləndirmələr yarışın təhlükəsiz şəkildə təşkil edilə biləcəyini göstərib.

Dövlət Turizm İnkişaf Agentliyinin rəhbəri Eduard Kubatovun açıqlamasına görə, beynəlxalq idman tədbirləri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi hər zaman məcburi tələb olmasa da, ictimai narahatlıqlar nəzərə alınaraq müstəqil və dövlət qurumlarının iştirakı ilə geniş ekoloji ekspertiza aparılıb.Rəsmi məlumatda bildirilir ki, araşdırmaların nəticəsi İssık-Kul gölünün ekosisteminin ciddi risk altında olmadığını, yarışların təbiətə əhəmiyyətli mənfi təsir göstərməyəcəyini ortaya qoyub. Kubatov vurğulayıb ki, bu addım əsasən ictimai etimadı gücləndirmək və ekoloji şəffaflığı təmin etmək məqsədi daşıyır.Qeyd edək ki, suda Formula 1 üzrə dünya çempionatı iyulun 31-dən avqustun 2-dək İssık-Kul rayonunun Bayetov kəndi yaxınlığında keçiriləcək. Yarışlara 25 idmançının qatılması gözlənilir və tədbirin 100 ölkədə canlı yayımlanması planlaşdırılır. Bu isə Qırğızıstanın və İssık-Kul bölgəsinin turizm imkanlarının beynəlxalq auditoriyaya çıxarılması baxımından mühüm platforma kimi dəyərləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

NATO-dan Türkiyədə strateji addım: “SAMP/T” Konya bazasında yerləşdirilir

Next Article

Trampın yaxın komandası Moskvaya gedə bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sabah” bu gün “Qarabağ”la qarşılaşacaq

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 14:19 1060 baxış Misli Premyer Liqasının IX turu bu gün keçiriləcək iki oyunla başa çatacaq. Elpress.az xəbər verir ki, günün ilk qarşılaşmasında “İmişli” Yevlax şəhər stadionunda “Şamaxı”nı qəbul edəcək. […]

Fərman Həsənov UFC-də uğurlu çıxış edərək qələbə qazandı

Aysel Əlibəyli 27 İyun 2026 · 20:10 1197 baxış Bakıda keçirilən UFC turnirində Azərbaycan təmsilçisi Fərman Həsənov uğurlu çıxışı ilə yadda qalıb. İlkin döyüşlər çərçivəsində yarımorta çəkidə oktaqona çıxan Həsənov ABŞ idmançısı Erik Nolanla qarşılaşıb. […]