--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şəkinin kəndlərində güclü yağışlardan sonra ciddi eroziya və torpaq deqradasiyası qeydə alınıb.

Aysel Əlibəyli 25 May 2026 · 12:47 1142 baxış

Şəkinin kəndlərində güclü yağışlardan sonra torpaqlarda ciddi eroziya və deqradasiya prosesləri müşahidə olunub, əkin sahələrinə ziyan dəyib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev, elmi işçilər Aqil Mustafayev, Elvin Rüstəmov və şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən Baş Layısqı və Cunud kəndlərində intensiv yağıntıların yaratdığı ekoloji fəsadların qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.Tədqiqat zamanı ərazilərdə eroziya prosesləri, torpaq örtüyünün deqradasiyası və səth yuyulmalarının miqyası araşdırılıb. Müşahidələr əsasən Şin və Baş Layısqı kəndləri arasındakı sahədə, kəndin giriş hissəsində və Şəhidlər xiyabanı ətrafında aparılıb. Nəticələr güclü su eroziyasının aktiv olduğunu, bəzi yerlərdə 4 metrdən çox dərin yuyulmaların əmələ gəldiyini və yeni dərə yataqlarının formalaşdığını göstərib.Eyni zamanda Cunud kəndinin hər iki giriş istiqamətində də eroziya prosesləri izlənilib və geomorfoloji dəyişikliklərin qiymətləndirilməsi üçün ölçmə işləri həyata keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tanınmış ailənin övladı Leysan qəfil dünyasını dəyişib.

Next Article

Ağdama növbəti köç karvanı çatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının Hövsan qəsəbəsində su təchizatında fasilə yaranıb

Aysel Əlibəyli 09 Avqust 2026 · 16:57 1072 baxış Elpress.az xəbər verir ki, Suraxanı rayonu ərazisindən keçən magistral su xəttində qəza baş verib. Qəzanın aradan qaldırılması ilə əlaqədar Hövsan qəsəbəsinin bəzi ərazilərinin içməli su təchizatında […]

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1088 baxış Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya […]

İsmayıllıda ağır qəza

Aysel Əlibəyli 19 İyul 2026 · 17:09 1092 baxış İsmayıllıda avtomobil və motosiklet toqquşdu, 3 nəfər həlak oldu Elpress.az xəbər verir ki, İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza […]

Mərdəkanda faciə: 22 yaşlı oğlan dənizdə itkin düşüb

Aysel Əlibəyli 16 İyul 2026 · 00:35 1084 baxış FHN Mərdəkanda dənizdə batdığı ehtimal olunan 22 yaşlı gəncin axtarışlarına başlayıb Elpress.az xəbər verir ki , Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə bir nəfərin batması ilə […]