Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib.
Elpress.az xəbər verir ki, seçkilər oktyabrın 17-də Polşanın Zakopane şəhərində keçirilən ISMF-nin Plenar Assambleyasında baş tutub. Tədbirdə Azərbaycanı Günel Bədəlova təmsil edib.
Onun federasiyanın rəhbərliyinə seçilməsi ölkəmizin beynəlxalq idman platformalarında təmsilçiliyinin genişlənməsi, xizək alpinizmi sahəsində əməkdaşlığın gücləndirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi baxımından yeni imkanlar yaradır.


