“Qarabağ” və “Neftçi” komandalarının qarşılaşması ərəfəsində və oyundan sonra ictimai asayişi pozmağa cəhd göstərən 19 nəfər saxlanılıb.
Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, saxlanılan şəxslərlə bağlı müvafiq polis orqanında məsuliyyət tədbirləri görülür.
Məlumata görə, bir qrup azarkeş stadionun ətrafında fişənglərdən, digər pirotexniki vasitələrdən və şüşə qablardan istifadə edib. Hadisə zamanı bir azarkeşin xəsarət aldığı barədə də məlumat yayılıb.


