--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Parisdə etirazlar iğtişaşlara çevrildi: avtomobillər yandırıldı

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 22:11 1012 baxış

Fransanın paytaxtında keçirilən kütləvi aksiyalar zamanı mağazalara, bankomatlara və küçə infrastrukturuna ziyan vurulub, nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Elpress.az xəbər verir ki, yayılan məlumatlara görə, Parisin Madjenta bulvarında mağazaların vitrinləri və bankomatlar dağıdılıb. Etirazçılar həmçinin ictimai nəqliyyat dayanacaqlarını, zibil qutularını və küçədəki avtomobilləri yandırıblar.

Gərginlik Respublika meydanında, yürüş başlamazdan əvvəl yaranıb. Nümayişçilərin hüquq-mühafizə əməkdaşlarına daş, şüşə butulka və yandırıcı maddələr atdığı, polisin isə gözyaşardıcı qaz və səs qumbaralarından istifadə etdiyi bildirilir.

Etirazların yanacağın bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması ilə əlaqədar keçirildiyi qeyd olunur. Oxşar toqquşmaların Lion və Fransanın digər böyük şəhərlərində də yaşandığı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

18 Oktyabr – Azərbaycanın müstəqillik tarixinin qürur səhifəsi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Almaniyada müəllim 17 il işə getmədən maaş alıb

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:50 1072 baxış Almaniyada müəllim 17 il ərzində işə getmədən dövlətdən 1 milyon avrodan çox maaş alıb Elpress.az xəbər verir ki, Almaniyada bir müəllimin uzun müddət işə çıxmadan dövlətdən […]

Dünya Bankından Ukraynaya milyardlarla dollarlıq yeni dəstək

Aysel Əlibəyli 25 İyun 2026 · 23:38 1218 baxış Elpress.az xəbər verir ki, Dünya Bankı Ukraynaya ümumilikdə 3,39 milyard dollar məbləğində kredit və qrant ayıracaq. Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat […]

ABŞ və BƏƏ strateji danışıqlar apardı

Aysel Əlibəyli 24 İyun 2026 · 19:28 1154 baxış ABŞ və BƏƏ arasında mühüm görüş: İran razılaşması və regional sabitlik müzakirə olunub Elpress.az-ın məlumatına əsasən, ABŞ Dövlət katibi Marko Rubio ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti […]