İran Hörmüz boğazında daha bir neft tankerinin minaya düşərək partladığını açıqlayıb.
Elpress.az xəbər verir ki, SEPAH-ın mətbuat xidmətinin məlumatına görə, tanker İranla razılaşdırılmamış marşrutla hərəkət etməyə çalışıb.
Bildirilib ki, 2 milyon bareldən çox neft daşıyan gəmi minaya çırpıldıqdan sonra onun maşın şöbəsində güclü partlayış baş verib. İran tərəfi tankerin boğaza daxil olmazdan əvvəl naviqasiya sistemlərini qəsdən söndürdüyünü iddia edib.
Qeyd edək ki, bundan əvvəl də Hörmüz boğazında başqa bir neft tankerinin minaya düşdüyü barədə məlumat yayılmışdı.


