Bərdə Rayon Mərkəzi Xəstəxanasında köməksiz vəziyyətdə olan pasiyentə qarşı zorakılıq faktı müəyyən edilib. Hadisədə iştirak edən sanitarın əmək müqaviləsinə xitam verilib.
Elpress.az xəbər verir ki, xəstəxananın Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicə alan, huşsuz vəziyyətdəki 70 yaşlı kişi pasiyentə qarşı qeyri-etik davranışa və fiziki zorakılığa yol verdiyi aparılan araşdırma zamanı təsdiqlənib.
Məlumatlara görə, qadının huşsuz pasiyenti təhqir etdiyi və təxminən 40 dəqiqə döydüyü bildirilir.
Xəstəxanadan verilən açıqlamaya əsasən, məsələ müəssisənin Tibbi Şurasında müzakirə olunub. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə 7 oktyabr 2026-cı il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.


