--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Aysel Əlibəyli 05 Avqust 2026 · 08:56 1130 baxış

Bu gün Bakı və Ağdaş rayonunun bir sıra ərazilərində planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Elpress.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Məlumata əsasən, elektrik şəbəkəsində etibarlılığın artırılması və artan enerji tələbatının qarşılanması məqsədilə transformator məntəqələrində və 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Paytaxtın Yasamal rayonunda Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov və Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Nərimanov rayonunun Böyükşor qəsəbəsinin bəzi ərazilərində isə elektrik enerjisi saat 09:00-dan 13:00-dək kəsiləcək.

Ağdaş rayonunda planlı fasilələr Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi, şəhərin 42-ci məhəlləsi, eləcə də Qoşaqovaq, Qolqəti və Şəkili kəndlərini əhatə edəcək.

“Azərişıq” bildirib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin sakinləri daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məmmədlidə yanğın: Yanacaqdoldurma məntəqəsində faciənin qarşısı alındı

Next Article

Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinə yeni şöbə rəisi təyin olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda tarixi abidələrdə qanunsuz tikintinin qarşısı alınıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:46 1102 baxış Bakının bir neçə rayonunda dövlət mühafizəsində olan memarlıq abidələrində icazəsiz tikinti və yenidənqurma işləri ilə bağlı tədbir görülüb. Elpress.az xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən […]

Sabah magistral yollarda görünüş məsafəsi azalacaq

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 13:47 1084 baxış Oktyabrın 26-da Azərbaycanın bəzi ərazilərində dumanlı və yağıntılı hava şəraiti magistral yollarda hərəkətə təsir göstərə bilər. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi […]

Bakının əsas yollarında nəqliyyat sıxlığı müşahidə olunur

Aysel Əlibəyli 28 İyul 2026 · 08:57 1106 baxış Paytaxtın bir sıra əsas küçə və prospektlərində səhər saatlarından etibarən nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda […]