--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ və Braziliya arasında diplomatik gərginlik dərinləşir

Aysel Əlibəyli 05 Avqust 2026 · 06:44 1102 baxış

ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Maria Luiza Ribeiro Viottinin vizasını ləğv edib. Qərar iki ölkə arasında son dövrlər yaranan diplomatik gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir.

Elpress.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu addımın qarşılıqlılıq prinsipi əsasında atıldığını bildirib.Məlumata görə, qərar Braziliyanın iki amerikalı diplomata viza verməməsi və ABŞ-nin Braziliyaya səfir namizədinin təsdiqi prosesini təxirə salmasına cavab olaraq qəbul edilib. ABŞ tərəfi qərarın icrasını Braziliya hökumətinə məsələni həll etmək üçün vaxt vermək məqsədilə bir neçə dəfə ertələsə də, nəticə əldə olunmadığından səfirin vizası ləğv edilib.

Bildirilib ki, Maria Luiza Ribeiro Viotti hazırda ABŞ-ni tərk etməyə məcbur edilməyib. Rəsmi Vaşinqton qeyd edib ki, Braziliya tərəfi müvafiq addımlar atacağı təqdirdə qərarın yenidən nəzərdən keçirilməsi mümkündür.

Xatırladaq ki, diplomatik böhran Braziliyanın ABŞ-nin ölkəyə səfir namizədi Denni Peresin təsdiqini seçkilərdən sonraya saxlaması və daha sonra bəzi ABŞ diplomatlarına viza verməkdən imtina etməsi ilə daha da kəskinləşib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran və Oman Hörmüz boğazında yeni mərkəzi marşrut üzərində işləyir

Next Article

Məmmədlidə yanğın: Yanacaqdoldurma məntəqəsində faciənin qarşısı alındı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstanda Dito Çubinidze barəsində iki aylıq həbs qərarı verilib

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 23:44 1082 baxış Gürcüstanda “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Elpress.az xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi prokurorluğun vəsatətini təmin edib. […]

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunu açır

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:25 1092 baxış Rusiyanın səfiri: Moskva-Feysəlabad və Moskva-Kəraçi marşrutları üzrə ilk yük qatarının işə düşməsinə hazırlıq görülür Elpress.az xəbər verir ki, Rusiya və Pakistan iki ölkə arasında ilk yük […]

Bu gün Ümumdünya Qaçqınlar Günü qeyd olunur

Aysel Əlibəyli 20 İyun 2026 · 09:26 1134 baxış Hər il iyunun 20-də dünyada World Refugee Day qeyd olunur. Elpress.az xəbər verir ki, BMT Baş Məclisinin 2000-ci ildə qəbul etdiyi qətnaməyə əsasən təsis edilən bu […]