Bolsulu kəndində baş verən yol qəzasında 1962-ci il təvəllüdlü kişi həyatını itirib, qızı yaralanıb
Elpress.az xəbər verir ki, Beyləqan rayonunun Bolsulu kəndində yol-nəqliyyat hadisəsi baş verib.Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.Qəza zamanı onun 1996-cı il təvəllüdlü qızı Muradova Aytən də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı tibbi yardım üçün xəstəxanaya çatdırılıb.Hadisənin səbəblərinin müəyyənləşdirilməsi və qəzanın təfərrüatlarının araşdırılması istiqamətində araşdırma aparılır.


