--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ağdamda Allahverdi Bağırovun xatirəsi anılıb

Aysel Əlibəyli 12 İyun 2026 · 19:25 1118 baxış

Ağdam rayonunda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə onun ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, YAP Ağdam rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” Abidə Kompleksini ziyarət ediblər. Ağdam Muğam Mərkəzində davam edən mərasimdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Daha sonra Milli Qəhrəman Allahverdi Bağırovun həyat və döyüş yolundan bəhs edən “Mətin komandir” adlı sənədli film nümayiş etdirilib.Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Elman Məmmədov və digər natiqlər Allahverdi Bağırovun Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqdan, Xocalı faciəsi zamanı yüzlərlə insanın xilas edilməsindəki xidmətlərindən və Vətənə bağlılığından danışıblar.Qeyd olunub ki, Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub, 1965-ci ildə 1 nömrəli orta məktəbi bitirib, idmanla məşğul olub və “Qarabağ” futbol klubunda məşqçi kimi fəaliyyət göstərib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı o, Ağdamda könüllü batalyon yaradaraq bölgənin müdafiəsində fəal iştirak edib, Xocalı faciəsi zamanı isə əsirlərin azad olunması və həlak olanların çıxarılmasında mühüm rol oynayıb.1992-ci il iyunun 12-də onun rəhbərliyi ilə bir sıra kəndlərin azad edilməsindən sonra Ağdama qayıdarkən xidməti avtomobilinin minaya düşməsi nəticəsində həlak olub və Ağdam şəhər Şəhidlər xiyabanında dəfn edilib.Sonda Milli Qəhrəmanın ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Heyvandarlığa Yeni Dövlət Dəstəyi Paketi Təsdiqləndi

Next Article

kənddə kanala düşərək boğuldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bəzi rayonlarda güclü külək müşahidə olunacaq. 🌬️

Aysel Əlibəyli 26 May 2026 · 13:44 1194 baxış Mayın 27-də bölgələr üzrə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı səviyyəli xəbərdarlıq elan edilib. 🌬️ Elpress.az-a Milli Hidrometeorologiya məlumat verir, Mingəçevir, Şəki, Zaqatala, […]

Şəmkirdə üç avtomobil toqquşub

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:46 1040 baxış Qəza zamanı avtomobillərdən biri maneəyə, ikisi ağaca çırpılıb Elpress.az xəbər verir ki, Şəmkir şəhərində üç minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Səməd Vurğun küçəsində […]

“Meyvəli” Ticarət Mərkəzində yanğın baş verib

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:10 1036 baxış Qaradağda “Meyvəli” Ticarət Mərkəzinin ərazisində yanğın olub Elpress.az xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” Ticarət Mərkəzinin ərazisində yanğın baş verib.Hadisə avqustun 13-də […]

Bərdədə 79 yaşlı kişi kanalda boğulub

Aysel Əlibəyli 31 İyul 2026 · 11:47 1058 baxış Ağac kəsərkən kanala yıxılan 79 yaşlı kişi həyatını itirib Elpress.az xəbər verir ki, Bərdə rayonunda ölüm hadisəsi baş verib.Hadisə Hacıəhmədli kəndində qeydə alınıb. Kənd sakini, 1947-ci […]