--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Arvadını 17 bıçaq zərbəsi ilə öldürən kişiyə 16 il həbs cəzası verildi

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:15 1136 baxış

Habil Bağırov həyat yoldaşını 11 yaşlı qızının gözü qarşısında qətlə yetirib

Elpress.az xəbər verir ki, Sumqayıtda həyat yoldaşını küçənin ortasında öldürməkdə təqsirləndirilən Habil Bağırovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib və həyat yoldaşı Aygünü öldürdüyünə görə peşman olduğunu bildirib. Onun sözlərinə görə, cütlük 19 il əvvəl ailə həyatı qurub və nikahdan iki övladları dünyaya gəlib.Bağırov ifadəsində münasibətlərində problemlərin Aygünün restoranda işləməyə başlamasından sonra yarandığını deyib. Ailə daxilindəki münaqişələrin getdikcə kəskinləşdiyini bildirən təqsirləndirilən şəxs daha sonra həyat yoldaşını öldürmək qərarına gəldiyini etiraf edib.İstintaq materiallarına əsasən, Bağırov Aygünü küçənin ortasında, onların 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi endirməklə qətlə yetirib.Hadisənin şahidi olan qız ilkin ifadəsində atasının anasını bıçaqladığını bildirməsə də, məhkəmə prosesində hadisə barədə həqiqəti açıqlayıb.Toplanmış sübutlar əsasında Habil Bağırov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə həbs cəzasına məhkum edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Next Article

Serenay Sarıkayanın 730 min manatlıq saatı gündəm olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Roşka” ləqəbli tiktokerə 5 il həbs cəzası istənilib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:17 1106 baxış Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb Elpress.az xəbər verir ki, “Roşka” ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.Bakı […]

Binəqədidə obyekt yanır

Aysel Əlibəyli 27 İyul 2026 · 12:23 1110 baxış Binəqədidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir Elpress.az xəbər verir ki, Paytaxtın Binəqədi rayonu, Binəqədi–Novxanı–Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə […]

Xırdalanda qadının başına balkonun hissəsi düşdü

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 15:44 1094 baxış Elpress.az xəbər verir ki, Xırdalan şəhərində təhlükəli hadisə qeydə alınıb.Məlumata əsasən, çoxmərtəbəli yaşayış binasının şüşə eyvanının bir hissəsi qoparaq aşağıda hərəkətdə olan qadının üzərinə düşüb.Hadisə nəticəsində […]