--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan hərbçisi Ermənistanın Şəki kəndində saxlanılıb

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:02 1012 baxış

Azərbaycanın hərbi hissələrindən birinin hərbçisinin xidmət yerini naməlum şəraitdə tərk etdiyi və Ermənistan ərazisinə keçdiyi bildirilir.

Ermənistan tərəfinin məlumatına görə, hərbçi daha sonra Syunik vilayətinin Şəki kəndində saxlanılıb.

Elpress.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.Məlumata görə, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə hərbçinin xidmət yerindən ayrılması barədə məlumat verib. Onun Ermənistan sərhədini qanunsuz keçə biləcəyi ehtimalı nəzərə alınaraq hər iki ölkənin aidiyyəti qurumları tərəfindən axtarış tədbirləri həyata keçirilib.Ermənistan tərəfinin açıqlamasında bildirilir ki, oktyabrın 1-də Şəki yaşayış məntəqəsində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə məlumat daxil olub. Hadisənin araşdırılması zamanı atəş açanın Azərbaycan hərbçisi olduğu müəyyənləşdirilib və o saxlanılıb.

Hadisənin təfərrüatlarının Azərbaycan tərəfinə də təqdim edildiyi, Ermənistan İstintaq Komitəsində isə faktla bağlı cinayət icraatına başlanıldığı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“MB-24000” lazer sistemi 4 kilometrədək məsafədə təsir göstərə bilir

Next Article

Azərbaycanda hakimlərin sayı 800 nəfərə çatdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ailəsi ilə yola çıxan futbolçu qəzaya düşdü

Aysel Əlibəyli 27 May 2026 · 21:51 1136 baxış Türkiyə Birinci Liqasının klubu “Ankaragücü”nün futbolçusu Furkan Perker Qurban bayramı tətilində ailəsi ilə birlikdə ağır yol qəzası keçirib. Elpress.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, […]

Lənkərandakı iki ölüm faktı üzrə cinayət işi açılıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 14:59 1058 baxış Meşədə meyitləri tapılan 29 yaşlı oğlan və 16 yaşlı qızla bağlı istintaq başlayıb Elpress.az xəbər verir ki, Lənkəran rayonunda meşəlik ərazidə iki şəxsin meyitinin aşkarlanması ilə […]

Kəlbəcərdə mina partlayıb, kişi yaralanıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:13 1058 baxış Mal-qara otaran 73 yaşlı kişi minaya düşərək xəsarət alıb Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib.Hadisə minalardan təmizlənməmiş ərazidə qeydə […]