Məhkəmə Anar Məmmədli barədə 13, Anar Abdullayev barədə 12 il həbs hökmü çıxarıb
Elpress.az xəbər verir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda hakim Aygün Qurbanovanın sədrliyi ilə təqsirləndirilən şəxslər barəsində hökm elan olunub.Məhkəmənin qərarına əsasən, Anar Məmmədli 13 il, Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayevlə bağlı isə həmin ilin aprelin 8-də məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri tətbiq olunub.Onlar bir sıra iqtisadi və maliyyə xarakterli cinayətlər, o cümlədən qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, qanunsuz valyuta əməliyyatları, vergidən yayınma və sənədlərlə bağlı ittihamlar üzrə təqsirləndiriliblər.


