--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yasamal və Nizaminin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 08:18 1064 baxış

Elpress.az xəbər verir ki, sentyabrın 28-də Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.


Məhdudiyyətlər elektrik şəbəkələrində aparılacaq təmir işləri ilə əlaqədardır. Görüləcək işlərin əsas məqsədi enerji təchizatının keyfiyyətinin yüksəldilməsi və artan elektrik tələbatının qarşılanmasıdır.
Yasamal rayonunda Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nizami rayonunun Keşlə qəsəbəsində, Tahir Bədəlov və Məşədi Hilal Kazımov küçələrində isə fasilə 09:00-dan 15:00-dək davam edəcək.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

SOCAR İtaliyada yanacaq qiymətlərini məhdudlaşdıracaq

Next Article

Paytaxtın əsas prospekt və küçələrində nəqliyyatın hərəkəti ləngiyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həmyerlisini maşınla vuraraq öldürdü

Aysel Əlibəyli 07 İyul 2026 · 22:27 1094 baxış Qısqanclıq iddiası ilə başlayan münaqişə faciə ilə bitdi: Avtomobillə həmyerlisinin üzərindən dəfələrlə keçdi Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Bakının Qaradağ rayonunda ölümlə nəticələnən ağır hadisə […]

Dostunu öldürən şəxsə cəza kəsildi

Aysel Əlibəyli 10 İyun 2026 · 11:34 1138 baxış Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun […]

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Aysel Əlibəyli 20 İyul 2026 · 16:57 1084 baxış Serbiyada saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib Elpress.az xəbər verir ki, Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Səbuhi Məmmədov Serbiyadan ölkəmizə ekstradisiya olunub. Ədliyyə Nazirliyinin məlumatına […]

Kəlbəcərdə yeniyetmə çaya düşdü, axtarışlara başlanıldı

Aysel Əlibəyli 12 İyul 2026 · 22:12 1130 baxış Kəlbəcər rayonunda baş verən bədbəxt hadisə nəticəsində azyaşlı çaya düşərək itkin düşüb. Elpress.az xəbər verir ki, Kəlbəcərin Çəpli kəndi ərazisində bədbəxt hadisə baş verib.Məlumata görə, 2015-ci […]