--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Toy karvanında avtoxuliqanlığa sərt cəza

Aysel Əlibəyli 08 İyun 2026 · 17:05 66 baxış

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin həyata keçirdiyi nəzarət və profilaktik tədbirlər nəticəsində toy karvanı zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri — Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar. Aparılan araşdırmalar zamanı həmin şəxslərin ictimai qaydanı pozaraq digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratdıqları müəyyən edilib və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Araşdırmalar zamanı H.Tağızadənin nəqliyyat vasitəsini idarə edərkən sürücülük hüququ olmadan sükan arxasında olduğu, eyni zamanda onun sərxoş vəziyyətdə hərəkət etdiyi də müəyyən edilib. Hadisə ilə bağlı hər iki sürücü barəsində inzibati xəta protokolları tərtib olunaraq materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib.Məhkəmənin çıxardığı qərara əsasən, Hüseyn Tağızadə inzibati qaydada həbs cəzasına məhkum edilib, Zamin Mehdiyev barəsində isə sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakcell-in yeni rəhbəri bəlli oldu

Next Article

Xaricdə təhsil proqramı üzrə sənəd qəbulu yekunlaşıb, artıq müsahibə mərhələsinə başlanılıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda Yanğın Söndürüldü

Aysel Əlibəyli 10 İyun 2026 · 20:59 72 baxış Yasamal ərazisində yerləşən obyektdə yaranan yanğın operativ tədbirlər nəticəsində söndürülüb. Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin çevik və operativ müdaxiləsi nəticəsində Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi […]

Keşlədə tikilini alov bürüyüb

Aysel Əlibəyli 04 İyun 2026 · 13:51 124 baxış Keşlə qəsəbəsində yerləşən obyektlərdən birində yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində operativ tədbirlər […]

Kiberpolis qadınları süni intellektlə şantaj edən şəxsləri ifşa etdi

Aysel Əlibəyli 16 İyul 2026 · 18:20 16 baxış Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qadınları sosial şəbəkələrdə süni intellekt vasitəsilə şantaj edən şəxsləri saxlayıb. Elpress.az xəbər verir ki, polisə naməlum şəxslərin qadınların […]

Dəməşqdə partlayış

Aysel Əlibəyli 02 İyul 2026 · 17:08 44 baxış Suriyanın paytaxtında faciə: Ədalət Sarayının yaxınlığındakı partlayış itkilərə səbəb oldu Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə güclü partlayış baş verib.Suriya Səhiyyə Nazirliyinin yaydığı məlumata […]