--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şəmkirdə ikimərtəbəli yaşayış evində yanğın baş verdi

Aysel Əlibəyli 24 İyul 2026 · 18:54 1070 baxış

Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.

Elpress.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Zəyəm Cırdaxan kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınaraq yanğın qısa müddətdə söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 500 kvadratmetr olan evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 70 kvadratmetr, ikinci mərtəbəsində isə bir otağın tavanı 20 kvadratmetr sahədə yanıb. Bundan başqa, evə bitişik ümumi sahəsi 400 kvadratmetr olan talvarın və həyətyanı sahədə yerləşən 100 kvadratmetrlik köməkçi tikilinin yanar konstruksiyaları da alovdan zərər görüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğının başvermə səbəbi araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəhid anası qızına böyrəyini bağışladı

Next Article

Tramp və Zelenskinin Vaşinqton görüşü gözlənilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həbsdə olan stomatoloqa yeni hökm

Aysel Əlibəyli 24 İyul 2026 · 12:13 1090 baxış Həbsdə olan stomatoloqun daha bir dələduzluq cinayəti üzrə 8 il həbs cəzası verilib Elpress.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən stomatoloq Elşən Zaxarovun növbəti […]

Hörmüz boğazında tankerə hücum edilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:24 1070 baxış Tankerin naməlum obyektlə hədəfə alındığı bildirilir Elpress.az xəbər verir ki, Hörmüz boğazından keçən tankerə naməlum obyekt tərəfindən hücum edilib.Hadisə ilə bağlı məlumat Birləşmiş Krallığın Dəniz Ticarəti […]

Hərbçiləri aldadaraq pul alan şəxslərdən biri həbs edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:33 1062 baxış Müayinə nəticələrinə təsir göstərəcəklərini vəd edən sabiq hərbçilər hakim qarşısına çıxarılıb Elpress.az xəbər verir ki, Hərbi qulluqçuların tibbi müayinə nəticələrinə müdaxilə edə biləcəklərini vəd edərək onlardan […]