--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Gəncədə kütləvi zəhərlənmə: azyaşlılar da xəstəxanaya yerləşdirildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:50 1134 baxış

Gəncə şəhərində baş verən kütləvi zəhərlənmə nəticəsində bir neçə nəfər, o cümlədən uşaqlar xəstəxanaya çatdırılıb.

Elpress.az xəbər verir ki, Gəncədə kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Məlumata görə, bu gün saat 18:00 radələrindən etibarən zəhərlənmə əlamətləri ilə təxminən 10 nəfər şəhərdəki tibb müəssisələrindən birinə müraciət edib.Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə ilkin mərhələdə 8 nəfər – 3 kişi və 5 qadın hospitalizasiya olunub. Zərərçəkənlər arasında azyaşlıların da olduğu bildirilir.İlkin məlumata əsasən, xəstəxanaya yerləşdirilən şəxslər Nuriyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987) və Mahirə İsmayılovadır (1983).Hadisənin səbəbi araşdırılır. Zəhərlənmənin hansı amildən qaynaqlandığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranın bəzi bölgələrində ardıcıl partlayış səsləri eşidildi

Next Article

Haluk Levent barəsində saxlanılma qərarı verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lənkəranda 3 yaşlı uşaq döyülüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:02 1074 baxış Azyaşlının atalığı tərəfindən döyüldüyü bildirilir, ananın valideynlik hüququ məsələsinə baxılır Elpress.az xəbər verir ki, Lənkəranda 3 yaşlı uşağın fiziki zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.2023-cü […]

Sabirabadda gənc qız hamamda ölü tapıldı

Aysel Əlibəyli 20 İyun 2026 · 18:39 1110 baxış Sabirabad rayonunda gənc qızın ölümü ilə bağlı hadisə qeydə alınıb. Elpress.az Lent.az-a istinadən xəbər verir ki, Məlumata görə, hadisə rayonun Balahəşimxanlı kəndində baş verib. Kənd sakini, […]

Xırdalanda avtobus palçığa batdı – hərəkət çətinləşdi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 11:00 1080 baxış Xırdalan şəhərində yağışdan sonra yaranan palçıq 135 nömrəli marşrut avtobusunun hərəkətinə mane olub. Elpress.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür […]