--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Şəkidə kanat qəzasında 2 nəfər öldü – TƏCİLİ YARDIMDAN AÇIQLAMA

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 22:20 1058 baxış

Elpress.az xəbər verir ki, Şəki rayonunun Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən kanat qəzası nəticəsində iki nəfər həyatını itirib.

Məlumata görə, sentyabrın 8-də saat 14:50 radələrində hadisə ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.TƏBİB-dən bildirilib ki, briqada tərəfindən iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.İlkin məlumata əsasən, istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər yüksəklikdən yerə düşüb.Həlak olanlardan birinin 1996-cı il təvəllüdlü, Qax rayonunun Zərnə kənd sakini Coşqun Ceyhun oğlu Məmmədov olduğu bildirilir. Onun istirahət məqsədilə Bakıdan Şəkiyə gəldiyi qeyd olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Liverpul” 17 ildən sonra titul sponsorunu dəyişir

Next Article

Muxtar Babayev: İqlim dəyişiklikləri fermerlərin fəaliyyətinə təsir edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN əməkdaşları göz qapağına ilişən zəncirbəndi çıxarıblar

Aysel Əlibəyli 18 İyun 2026 · 19:46 1132 baxış Paytaxtın Sabunçu rayonunda göz qapağı geyimin zəncirbəndinə ilişən şəxsə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yardım göstərilib. Elpress.az xəbər verir ki, hadisə ilə bağlı FHN-in “112” qaynar […]