--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Qubada ağır qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:53 1054 baxış

“Mercedes” ağaca çırpılıb aşıb, yaralılardan birinin müalicəsi xəstəxanada davam edir

Elpress.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə sentyabrın 6-da saat 00:20 radələrində qeydə alınıb. İlkin məlumata görə, 24 yaşlı Seyfəlmülk Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırılıb və aşıb.Qəza zamanı avtomobildə olan 26 yaşlı Sənan Ramazanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Sürücü və digər sərnişin, 26 yaşlı Roman Ramazanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar sentyabrın 6-da saat 01:10 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara müxtəlif travmalar, o cümlədən sınıq, açıq yaralar və küt travma diaqnozları qoyulub.2000-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 2002-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir və vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Papa Ukrayna münaqişəsi ilə bağlı danışıqlara ümid edir

Next Article

Lavrov: Almaniya yenidən müharibə istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mərdəkanda faciə: 22 yaşlı oğlan dənizdə itkin düşüb

Aysel Əlibəyli 16 İyul 2026 · 00:35 1074 baxış FHN Mərdəkanda dənizdə batdığı ehtimal olunan 22 yaşlı gəncin axtarışlarına başlayıb Elpress.az xəbər verir ki , Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə bir nəfərin batması ilə […]

Qarışqaları məhv etmək istəyərkən zəhərləndi

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 18:12 1048 baxış Elpress.az xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində zəhərlənmə hadisəsi baş verib. 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə əlamətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına […]

Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:17 1132 baxış Elpress.az xəbər verir ki, Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində […]