--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Otlaqda dincələn zaman ilan onun baş nahiyəsindən sancdı.

Aysel Əlibəyli 27 May 2026 · 23:42 1146 baxış

Göyçay rayonunda ilan sancması hadisəsi qeydə alınıb.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Göyçay rayonunun Şəkər kəndi ərazisində ilan sancması hadisəsi baş verib.Belə ki, kənd sakini, 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən dincəlmək məqsədilə otlaq sahəsində uzanıb. Həmin an ilan onun baş nahiyəsini dişləyib.Hadisəni görən şəxslər dərhal Eldar Əliyevə yardım göstərərək onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Tibb müəssisəsində ona ilan zəhərinə qarşı zərdab tətbiq olunub və digər zəruri tibbi müdaxilələr həyata keçirilib.Hazırda 54 yaşlı kişinin müalicəsinin davam etdiyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

World Health Organization bildirib ki, Democratic Republic of the Congonun şərqində davam edən müharibə Ebola epidemiyasına qarşı mübarizə və profilaktik tədbirlərin həyata keçirilməsini daha da çətinləşdirir.

Next Article

5 nəfəri ölümdən qaytardılar — İsmayıllıda çay qəzası

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zəngilan və Şükürbəyli kəndinə növbəti köç başladı

Elşən 13 May 2026 · 07:45 1123 baxış Mayın 13-də Zəngilan şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətində növbəti köç karvanı yola düşüb. Elpress.az-ın Trend -ə istinadən verdiyi məlumata əsasən, köçürülən ailələr indiyədək respublikanın müxtəlif […]

Lerikdə zəlzələ baş verdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:13 1058 baxış Lerikdə 3,1 maqnitudalı yeraltı təkan qeydə alınıb Elpress.az xəbər verir ki, Lerik rayonunda gecə saatlarında zəlzələ qeydə alınıb.Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkan yerli […]

Ağstafada geyim mağazasında bıçaqlanma hadisəsi baş verib

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:55 1052 baxış Ağstafada mağaza sahibi ilə müştəri arasında mübahisə qanla bitdi: Müştəri ürəyindən bıçaqlandı Elpress.az xəbər verir ki, Ağstafada geyim mağazasında mağaza sahibi ilə müştəri arasında düşən mübahisə […]